3 C
Baku
Saturday, December 14, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Hansı bank kartlarının “depozit” funksiyası vardır? (SİYAHI)

Hansı bank kartlarının “depozit” funksiyası vardır? (SİYAHI)

0
Hansı bank kartlarının “depozit” funksiyası vardır? (SİYAHI)

Banker.az monitorinq qrupu bugünkü araşdırmasında çox maraqlı və spesifik bir mövzuya toxunub. Bildiyimiz kimi, debet kart məhsulu bütün Banklarda təklif edilən kütləvi Bank məhsullarından hesab edilir. Bütün Banklarda təklif edilməsinə baxmayaraq bəzi Banklarda bu məhsul özünün spesifik özəllikləri və üstünlükləri ilə ön plana çıxır. Qeyd edilən özəlliklərdən “cash-back” və “ bonus” funskiyası, komissiyasız nağdlaşma funksiyası, kartı illik xidmət haqqı ödəmədən əldə etmək funskiyası və s. haqqında bir neçə dəfə araşdırmalarımız olub və bu məlumatları Sizlərlə bölüşmüşük. Bugünkü yazımızda isə biz debet kartlara bəzi Banklar tərəfindən əlavə edilmiş “depozit” funksiyası haqqında danışacağıq.

Depozit funksiyası – kart hesabında olan qalıq vəsaitə bank tərəfindən müəyyən edilmiş illik faiz dərəcəsi gəlir hesablanmasıdır. Sadə dillə izah etsək, pulunuzu cibinizdə deyil kart hesabınızda saxladığınıza görə əlavə gəlir əldə etmək imkanıdır. Bu funksiya barmaqla sayılacaq qədər az Bankda və bankların bütün kartlarında deyil də bir və ya bir neçə kartında mövcuddur. Valyuta, minimal qalıq məbləği, illik faiz dərəcəsi və s. xüsusiyyətlər hər bankda fərqli olduğundan araşdırma nəticəsində əldə etdiyimiz məlumatları müqayisəli şəkildə Sizə təqdim etmək istədik. Aşağıdakı cədvəldə qeyd edilən məlumatlarda tanış ola bilərsiniz.

Bank Kart Hansı valyutada faiz hesablanır? Faiz hesablanması üçün minimal məbləğ Hesablanan illik faiz Kartın müddəti Kartın qiyməti
AccessBank myCard Classic AZN və USD 500 AZN / USD AZN – 5%

USD – 1%

3 il 20 AZN
myCard Gold AZN və USD 500 AZN / USD AZN – 6%

USD – 1%

1 il / 2 il / 3 il 1il – 45 AZN

2 il – 60 AZN

3 il – 70 AZN

myCard Platinium AZN və USD 500 AZN / USD AZN – 6%

USD – 1%

1 il / 2 il / 3 il 1il – 60 AZN

2 il – 80 AZN

3 il – 1000 AZN

Bank of Baku Bolkart Gənc Debet Yalnız AZN 100 AZN 5% 1 il / 2 il / 3 il 1 il – 7 AZN

2 il – 12 AZN

3 il – 16 AZN

Bolkart Ailə Debet Yalnız AZN 100 AZN 5% 1 il / 2 il / 3 il 1 il – 8 AZN

2 il – 14 AZN

3 il – 18 AZN

Bolkart Gold Debet Yalnız AZN 100 AZN 5% 2 il / 3 il 50 AZN
Bolkart Diamond Debet Yalnız AZN 100 AZN 5% 2 il 150 AZN
Bank VTB Visa Classic(Multivalyuta) AZN,USD,EUR,RUB Tələb yoxdur AZN – 4.5%

RUB – 2.5%

USD – 0.7%

EUR – 0.5%

3 il 25 AZN
Visa Gold (Multivalyuta) AZN,USD,EUR,RUB Tələb yoxdur AZN – 4.5%

RUB – 2.5%

USD – 0.7%

EUR – 0.5%

3 il 70 AZN
Visa Platinum (Multivalyuta) AZN,USD,EUR,RUB Tələb yoxdur AZN – 4.5%

RUB – 2.5%

USD – 0.7%

EUR – 0.5%

3 il 100 AZN
Express Bank Expresso (Debet) AZN 100 AZN 3% 4 il 5 AZN
Rabitə Bank Kartmane AZN və USD 100 AZN/USD AZN valyutası üzrə

1 – 3 ay – 2%

3 – 6 ay – 3%

6 – 9 ay – 4%

9 – 12 ay – 5%

12 – 24 ay – 6%

USD valyutası üzrə

9 aya qədər – 0.5%

9 – 24 ay – 1%

2 il Pulsuz
Unibank Albalı Plus Contactless AZN və USD Tələb yoxdur AZN – 3%

USD – 0.3%

3 il 10 AZN və ekvivalenti
Albalı Plus Gold AZN və USD Tələb yoxdur AZN – 3%

USD – 0.3%

3 il 20 AZN və ekvivalenti
Albalı Plus Platinum AZN və USD Tələb yoxdur AZN – 3%

USD – 0.3%

3 il 20 AZN və ekvivalenti
Nikoil Bank MC Gold (yığım) AZN və USD Tələb yoxdur AZN – 8%

USD – 2%

1 il / 2 il / 3 il 1 il – 25 AZN

2 il – 35 AZN

3 il – 45 AZN

Visa Gold (yığım) AZN və USD Tələb yoxdur AZN – 8%

USD – 2%

1 il / 2 il / 3 il 1 il – 25 AZN

2 il – 35 AZN

3 il – 45 AZN

Visa Platinum (yığım) AZN və USD Tələb yoxdur AZN – 8%

USD – 2%

1 il / 2 il / 3 il 1 il – 70 AZN

2 il – 90 AZN

3 il – 110 AZN