15 C
Baku
Saturday, April 20, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Hansı bank “SMS məlumatlandırmanı” hansı qiymətə edir? – ARAŞDIRMA

Hansı bank “SMS məlumatlandırmanı” hansı qiymətə edir? – ARAŞDIRMA

0
Hansı bank “SMS məlumatlandırmanı” hansı qiymətə edir? – ARAŞDIRMA

“SMS Məlumatlandırma” xidməti və Bankların bu xidmətə görə tətbiq etdiyi tariflər.

“SMS Məlumatlandırma” (sms notification) bankların plastik kart müştəriləri üçün tətbiq etdiyi bir xidmətdir. Bu xidmət həm kredit və taksit, həm də debet tipli kartlarda təklif edilir. Xidmətin özəlliyi ondan ibarətdir ki,  kart hesabında baş verən hər bir əməliyyat üzrə məlumat dərhal “sms” şəklində kart sahibinin mobil nömrəsinə göndərilir. ”SMS” mətndə keçirilən əməliyyatın məbləği, ticarət məntəqəsini identifikasiya edən məlumatlar, əməliyyatın tarixi və saatı həmçinin kartınızın balansını əks etdirən məlumatlar qeyd edilir. Bu xidmət həm təhlükəsizlik tədbirləri baxımından , həm də informativ olmaqla plastik kart istifadəçiləri tərəfindən bir çox hallarda tərcih edilir.

Müştəri loyallığının təmin edilməsi baxımından bəzi banklarda bu xidmət ödənişsiz təklif edilir. Bəzilərində yalnız kredit kartlarda ödənişsiz debet kartlarda isə ödənişli təklif edilən bu xidmət, bir neçə bankda kartın növündən asılı olmayaraq illik və ya aylıq əsasda xidmət haqqı ödənişi əsasında təqdim olunur.

Banker.az monitorinq qrupu olaraq Bankların “SMS Məlumatlandırma” (sms notification) xidmətinə tətbiq etdiyi tariflərin oxucularımız üçün maraqlı olacağını düşündük və bu mövzu ətrafında araşdırma apardıq. Aşağıdakı cədvəldə araşdırmanın nəticələri ilə tanış ola bilərsiniz.

Bankın adı “SMS Məlumatlandırma” üzrə xidmət haqqı (debet və kredit kartlar) Bu xidmət “pulsuz” olan kart varmı?
AccessBank 1 ay – 0.5 AZN

1 illik – 5 AZN

“myCard” əldə etdikdə 1 illik pulsuz
AFB Bank 1 aylıq – 1.5 AZN yoxdur
AgBank 1 aylıq – 1.18 AZN yoxdur
Amrahbank 1 aylıq – 1.30 AZN yoxdur
ASB Pulsuz Bütün kartlar üzrə pulsuzdur
Atabank 1 aylıq – 1.20 AZN Yoxdur
Azər – Türk Bank 1 aylıq – 1.18 AZN Yoxdur
Bank Avrasiya 1 aylıq – 1 AZN Yoxdur
Bank BTB 1 aylıq – 2 AZN Yoxdur
Bank of Baku 5 AZN

(kartın müddətindən və növündən asılı olmayaraq)

Bolkart Kredit kartlarında bu xidmət pulsuzdur.
Bank Respublika 1 aylıq – 0.99 AZN “Paykart” kredit kartı, MasterCard World Elite , MasterCard Black Edition və Visa İnfinite kartlarında müvafiq xidmət pulsuzdur.
Bank Silk Way 1 aylıq – 1.20 AZN yoxdur
Bank VTB 1 aylıq – 2 AZN Depozit kartlarında bu xidmət pulsuzdur.
ExpressBank 1 illik – 6 AZN “Expresso” kredit kartı, “Smile” taksit kartı, VISA/MasterCard Gold və VISA/MasterCard Platinum sahibləri üçün pulsuz.
Kapital Bank 1 illik – 5 AZN

(və ya hər sms üzrə 0.10 AZN)

“Birkart” kredit kartı üzrə pulsuz
Günay Bank 1 aylıq – 1 AZN MC Black Edition kartları üzrə pulsuz
Naxçıvanbank 1 illik – 15 AZN yoxdur
NBC Bank 1 aylıq – 1.20 AZN yoxdur
Nikoil Bank 1 aylıq – 1.20 AZN yoxdur
Rabitə Bank 1 aylıq – 1 AZN MC Platinium kartlarında pulsuz, MC/Visa Gold kartlarında 50% endirim tətbiq edilir.
Unibank 1 aylıq – 0.50 AZN Gold və Platinium kartlarda pulsuzdur.
Xalq Bank 1 aylıq – 1.18 AZN yoxdur
Turanbank 1 illik – 15 AZN yoxdur
YapıkrediBank Azərbaycan 6 aylıq – 5 AZN

12 aylıq – 10 AZN

yoxdur