6 C
Baku
Sunday, December 15, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Hansı Banklar İpoteka krediti verir? – SİYAHI

Hansı Banklar İpoteka krediti verir? – SİYAHI

0
Hansı Banklar İpoteka krediti verir? – SİYAHI

İpoteka krediti – daşınmaz əmlakı girov qoymaq müqabilində əldə etdiyiniz kreditdir. Azərbaycanda İpoteka kreditləri əsasən ev və ya mənzil alınması üçün istifadə edilir. Lakin beynəlxalq təcrübədə daşınmaz əmlakı girov qoymaq müqabilində alınan kredit ilə digər ehtiyacları – təhsil haqqı ödənişi,  müalicə  və s. də qarşılamaq mümkündür.

İpoteka krediti istehlak kreditlərinin bir növü kimi təsnifləşdirilir. Bu kreditin digər istehlak kreditlərindən fərqi aşağıdakılardan ibarətdir.

  • Kredit məbləğinin yüksək olması;
  • Kreditin uzunmüddətli olması;
  • İllik faiz dərəcəsinin aşağı olması;
  • Borcalanın (həyat) və ipoteka qoyulan evin  / mənzilin mütləq sığortalanması və s.

Bu növ kreditlərdə borcalan qismində əsasən gənc ailələrin nümayəndələri çıxış edir. İpoteka kreditinin borcalan üçün üstünlükləri aşağıdakılardan ibarətdir:

  • Kirayə mənzilə vəsait sərf etməmək imkanı;
  • Yeni ailənin valideynlərdən ayrı yaşamaq imkanı ;
  • Evinizi daha geniş evə dəyişmək imkanı ;
  • Evin qiymətinin cəmi 15%-nə sahib olmaqla(bu göstərici banklar üzrə dəyişir) evi əldə etmək imkanı.

Hal-hazırda Azərbaycanda təklif olunan ipoteka kreditlərinin böyük əksəriyyəti Azərbaycan İpoteka Fondunun kommersiya banklarına ayırdığı limitə əsasən ayrılır. İpoteka fondu müvafiq kreditləri borclanın statusundan asılı olaraq 2 növ ilə fərqləndirir. Bunlar – Güzəştli İpotekaStandart İpotekadır.

Güzəştli İpotekadan – gənc ailənin üzvü olan şəhid ailəsinin üzvləri (əri/arvadı, övladları), milli qəhrəmanlar (özü, əri/arvadı, övladları),məcburi köçkünlər və ya ona bərabər tutulan şəxslər, 3 ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxslər, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxslər , idman sahəsində xüsusi xidmətləri olan şəxslər (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçıları (I, II və III yerlər),3 ildən az olmayan müddətdə hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), ən azı 5 il dövlət ümumtəhsil məktəblərində müəllim işləyənlər, eləcə də ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları faydalana bilərlər.

Standart İpotekadan isə güzəştli ipotekadan faydalanmaq imkanı olmayan digər şəxslər faydalana bilərlər.

Banker.az monitorinq qrupu olaraq banklarımızın standart və güzəştli şərtlərlə təklif etdiyi İpoteka kreditlərinin şərtləri üzrə araşdırma etdik. Aşağıdakı cədvəldə müvafiq şərtləri Sizlərə təqdim edirik.

*cədvəl yenilənib: 20 fevral 2018

Bank İpotekanın növü Maksimal məbləğ İlkin ödəniş İllik faiz dərəcəsi Bank komissiyası
Kapital Bank Standart 150 000 AZN 30% 8% 0,2%
Güzəştli 100 000 AZN 30% 4% 0,2%
Unibank Standart 150 000 AZN 20% 8% 0,1% (max.50 AZN)
Bank Respublika Standart 150 000 AZN 25% 8% 0,1%
Güzəştli 100 000 AZN 15% 4%
NBC Bank Standart 150 000 AZN 15% 7% 0,1%
Güzəştli 100 000 AZN 25% 4% 0,1%
Turan Bank Standart 150 000 AZN 30% 7% 0,1%
Güzəştli 150 000 AZN 30% 4% 0,1%
Rabitə Bank Standart 150 000 AZN 30% 8% 0,1%
Güzəştli 100 000 AZN 30% 4%
Nikoyl Bank Standart 150 000 AZN 15% 8% 0,1%
Güzəştli 100 000 AZN 15% 4%
Azər-türk Bank Standart 150 000 AZN 20% 7%
Güzəştli 100 000 AZN 30% 4%
Yapı-kredi Bank Standart 150 000 AZN 30% 8%
Güzəştli 100 000 AZN 30% 4%
Bank VTB Standart 150 000 AZN 20% 7% 0,1%
Güzəştli 100 000 AZN 15% 4% 0,1%
Bank BTB Standart 150 000 AZN 20% 8% 0,1%
Güzəştli 100 000 AZN 30% 4% 0,1%
Express Bank Standart 150 000 AZN 20-25% 7% 0,1%
Xalq Bank Standart 150 000 AZN 30% 8% 0,1%
Güzəştli 150 000 AZN 30% 4% 0,1%