Kredit kartları (və ya kredit xətləri) istehlak kreditlərinin bir növüdür. Bu kredit məhsulu nağd şəkildə verilən istehlak kreditləri kimi geniş yayılmamışdır. Səbəbi isə müvafiq məhsulun müştəri kontingentinin əsasən daha yüksək gəlirli müştərilər olmasıdır. Nağd kreditdən fərqli olaraq kredit kartları cari xərclər üçün deyil daha çox gələcəkdə proqnozlaşdırılmayan xərclər və daha çox alış-veriş məqsədilə əldə edilir. Sadə dillə izah etsək bu kontingent müştərilər öz portmanatlarında bir və ya bir neçə kredit kartının olmasını “sevirlər”.

Kredit kartları özüllüyündə də bir neçə növə ayrılır. Bunlara misal olaraq taksit kartlarını , depozit əsasında verilən kredit xətlərini və güzəşt müddətli kredit xətlərini göstərə bilərik. Taksit kartları haqqında bir müddət öncə geniş səpkili məqaləni Sizlərə təqdim etmişdik. Bugünkü təhlil mövzumuz isə güzəşt müddətli kredit kartlarıdır.

Güzəşt müddəti – kredit kartından nağd və ya nağdsız şəkildə istifadə edilmiş vəsaitlərin bank tərəfindən təyin edilmiş müddət intervalında tam faizsiz şəkildə banka geri ödənilməsi üçün təyin edilmiş bir şərtdir. Müştəridən heç bir faiz alınmasa belə, nağd əməliyyatlar zamanı ATM nağdlaşma komissiyası, kartın valyutasından fərqli valyutada olan əməliyyatlar üzrə isə konvertasiya komissiyası tutula bilər. Monitorinq qrupumuz bu mövzu ətrafında apardığı araşdırma nəticəsində maraqlı məlumatlarla rastlaşdı. Həmin məlumatları aşağıdakı cədvəldə müqayisəli formada Sizlərə təqdim edirik. İnanırıq ki, müvafiq məhsulu əldə etmək istəyən müştərilər üçün bu məlumatlar kifayət qədər faydalı olacaqdır:

Bank / Kart Məbləğ, AZN Müddət İllik Faiz Dərəcəsi Komissiyalar Güzəşt müddəti
Kartın rəsmiləşməsi ATM nağdlaşma
Amrahbank / Kredit Kartı 300 – 10 000 3 – 12 ay Təhsil / Səhiyyə – 28%

Dövlət sektoru – 29%

Özəl sektoru – 30%

1.5% 1% 40 günədək

(növbəti ayın 10-dək)

Bank Respublika /

45 günlük faizsiz kart

500 – 5000 12 ay Müştərinin maaşı

1000 –dək – 28%

1000 – 4999 – 26%

5000 və çox – 24%

1% (min.20 AZN)

+

10 AZN kart üçün

1% 45 günədək

(növbəti ayın 15-dək)

Bank VTB / Kredit kartı 300 – 10 000 12 və 24 ay 27% 1% (min.20 AZN) 1% 45 günədək

(növbəti ayın 15-dək)

Expressbank / Expresso 500 – 5000 24 ay 28% 1% +

5 AZN kart üçün

1% 35 günədək

(növbəti ayın 5-dək)

Unibank / Albalı + Gold 100 – 5000 60 ay 30% 1% (min.20 AZN) 2% 40 günədək

(növbəti ayın 10-dək)

Nikoil Bank / Kredit kartı 300 – 30 000 6 – 36 ay 22% – 25%

Kredit tarixçəsindən asılı olaraq

Mastercard – ödənişsiz

Digər kartlar: 1 il – 30 AZN, 2il – 50 AZN,3 il – 70 AZN

1 – 1,5% 35 günədək

(növbəti ayın 5-dək)

Rabitə Bank / Kredit kartı 300 – 5000 12 ay 29% Visa Classic – 15 AZN

Visa Gold – 30 AZN

1% Ilk 30 gün ərzində faizsiz

(hər əməliyyat üzrə)