Kredit kartları (və ya kredit xətləri) istehlak kreditlərinin bir növüdür. Bu kredit məhsulu nağd şəkildə verilən istehlak kreditləri kimi geniş yayılmamışdır. Səbəbi isə müvafiq məhsulun müştəri kontingentinin əsasən daha yüksək gəlirli müştərilər olmasıdır. Nağd kreditdən fərqli olaraq kredit kartları cari xərclər üçün deyil daha çox gələcəkdə proqnozlaşdırılmayan xərclər və daha çox alış-veriş məqsədilə əldə edilir. Sadə dillə izah etsək bu kontingent müştərilər öz portmanatlarında bir və ya bir neçə kredit kartının olmasını “sevirlər”.
Kredit kartları özüllüyündə də bir neçə növə ayrılır. Bunlara misal olaraq taksit kartlarını , depozit əsasında verilən kredit xətlərini və güzəşt müddətli kredit xətlərini göstərə bilərik. Taksit kartları haqqında bir müddət öncə geniş səpkili məqaləni Sizlərə təqdim etmişdik. Bugünkü təhlil mövzumuz isə güzəşt müddətli kredit kartlarıdır.
Güzəşt müddəti – kredit kartından nağd və ya nağdsız şəkildə istifadə edilmiş vəsaitlərin bank tərəfindən təyin edilmiş müddət intervalında tam faizsiz şəkildə banka geri ödənilməsi üçün təyin edilmiş bir şərtdir. Müştəridən heç bir faiz alınmasa belə, nağd əməliyyatlar zamanı ATM nağdlaşma komissiyası, kartın valyutasından fərqli valyutada olan əməliyyatlar üzrə isə konvertasiya komissiyası tutula bilər. Monitorinq qrupumuz bu mövzu ətrafında apardığı araşdırma nəticəsində maraqlı məlumatlarla rastlaşdı. Həmin məlumatları aşağıdakı cədvəldə müqayisəli formada Sizlərə təqdim edirik. İnanırıq ki, müvafiq məhsulu əldə etmək istəyən müştərilər üçün bu məlumatlar kifayət qədər faydalı olacaqdır:
Bank / Kart | Məbləğ, AZN | Müddət | İllik Faiz Dərəcəsi | Komissiyalar | Güzəşt müddəti | |
Kartın rəsmiləşməsi | ATM nağdlaşma | |||||
Amrahbank / Kredit Kartı | 300 – 10 000 | 3 – 12 ay | Təhsil / Səhiyyə – 28% | 1.50% | 1% | 40 günədək |
Dövlət sektoru – 29% | (növbəti ayın 10-dək) | |||||
Özəl sektoru – 30% | ||||||
Bank Respublika / | 500 – 5000 | 12 ay | Müştərinin maaşı | 1% (min.20 AZN) | 1% | 45 günədək |
45 günlük faizsiz kart | 1000 –dək – 28% | + | (növbəti ayın 15-dək) | |||
1000 – 4999 – 26% | 10 AZN kart üçün | |||||
5000 və çox – 24% | ||||||
Bank VTB / Kredit kartı | 300 – 10 000 | 12 və 24 ay | 27% | 1% (min.20 AZN) | 1% | 45 günədək |
(növbəti ayın 15-dək) | ||||||
Expressbank / Expresso | 500 – 5000 | 24 ay | 28% | 1% + | 1% | 35 günədək |
5 AZN kart üçün | (növbəti ayın 5-dək) | |||||
Unibank / Albalı + Gold | 100 – 5000 | 60 ay | 30% | 1% (min.20 AZN) | 2% | 40 günədək |
(növbəti ayın 10-dək) | ||||||
Nikoil Bank / Kredit kartı | 300 – 30 000 | 6 – 36 ay | 22% – 25% | Mastercard – ödənişsiz | 1 – 1,5% | 35 günədək |
Kredit tarixçəsindən asılı olaraq | Digər kartlar: 1 il – 30 AZN, 2il – 50 AZN,3 il – 70 AZN | (növbəti ayın 5-dək) | ||||
Rabitə Bank / Kredit kartı | 300 – 5000 | 12 ay | 29% | Visa Classic – 15 AZN | 1% | Ilk 30 gün ərzində faizsiz |
Visa Gold – 30 AZN | (hər əməliyyat üzrə) | |||||
Xalq Bank / Kredit kartları | 500 – 100 000 | 12 ay | 20-28% | 0.1% | 1-1,5% | 35 gündək |