Aşağıdakı hallarda mülkiyyətdə olan torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi vergiyə cəlb olunmur:
– Fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;
– Fiziki şəxsə daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi;
– Daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar fiziki şəxslərə kompensasiyanın ödənilməsi;
– Əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi;
– Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi.
Əsaslandırma: Vergi Məcəlləsinin 218-1.1.5-ci maddəsi