9 C
Baku
Friday, December 13, 2024

Hansı hallarda vətəndaşlar analizləri öz hesabına verəcək?

“Kreatin, azot qalığı, şəkərin yoxlanılması üçün laborator analizlər xidmətlər zərfində mövcuddur”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.

Vətəndaşın laborator analizlərlə bağlı sualına cavab olaraq bildirilib ki, qeyd edilən analizlər xidmətlər zərfində var və dövlət tibb müəssisələrində də aparılır:

“Lakin burada bir məqam var. Hər hansı analizlərin aparılması şəxsin özü tərəfindən deyil, həkim tərəfindən, tibbi zərurətdən irəli gələrək təyin olunarsa, bu cür analizlər xidmətlər zərfi çərçivəsində qarşılanır. Amma şəxs özü öz istəyi ilə hər hansı analizlərin aparılmasını istəyirsə, bu onun şəxsi vəsaiti hesabına həyata keçiriləcək”.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər