26 C
Baku
Wednesday, April 24, 2024

Hansı ideyalar 1 00 000 000 dollar qazandırıb?

Mişel Ferrero və ailəsi.

Avropada yaşayan bu ailə öz ideyaları sayəsində 10 milyard dollar qazanmışlar. Onların ideyaları isə bundan ibarət idi: Səhər yeməyi zamanı tostlar və buterbrodlar üçün şokolad yağının hazırlanması və şokoladın səhər yeməyinin tərkibinə daxil edilməsi idi.

Ralf Lauren isə öz ideyası sayəsində 5 milyard dollar qazanmışdı.

Çox adi bir köynəyə at təsviri olan etiket yapışdırmaq və onu 50 dollara satmaq. Beləliklə onun satışları tez bir zamanda artdı və o gələcəkdə sadəcə öz gəlirini saymaqla məşğul idi.

Ceff Bizosun isə öz ideyasından qazandığı məbləği 4,4 milyard dollar təşkil edir. O kitab mağazalarına uzun səfərlər təşkil edən və bütün zamanını kitab axtarışında keçirənlərin işini yüngülləşdirdi. Belə ki, o kitabları internet vasitəsilə satmaq ideyasını yaratmışdı.

Tay Uorner və qazandığı məbləğ 4,5 milyard dollar.

Onun ideyası satışa məhdud sayda xoşagələn, yumşaq və isti ayı oyuncaqlarının buraxılması idi. Bu oyuncaqlar satışa buraxıldığı andan çox məşhurluq qazandı və əsas kolleksiya nümunəsinə çevrildi.

Tailanddan Kaleo Yuvidiha və Avstriyadan Ditrix Mateşiç. Kaleonun öz ideyasına görə qazandığı məbləğ 3,1 milyard dollar, Ditrixin isə qazandığı məbləğ 3 milyard dollar təşkil edir.

Onların ideyası isə idmançılara və gecə əyləncələrini sevən insanlar üçün enerji içkisi hazırlamaq idi. Bu işçi isə şəkər və kofein tərkibli idi və B vitamini ilə zəngin idi.

Mario Moretti Poliqatto. İtaliyalı bu şəxs öz ideyası sayəsində 3 milyard dollar əldə etmişdir. Belə ki, o ayaqda tər qoxusundan əziyyət çəkən insanlar üçün xüsusi ayaqqabılar istehsal etdi. Bu ayaqqabıların əsas xüsusiyyəti üzərində havanın keçməsi üçün xüsusi dəliklərin olması idi.

İngiltərəli Ceyms Dayson isə ideyası sayəsində 1,6 milyard dollar qazandı. O 320 km/saat sürətlə işləyən tozsoran yaratdı. Bu sürət tozun xüsusi torbaya tez bir zamanda yığılmasına və xaricə çıxmamasına imkan yaradırdı.

Hans və Pol Rayqeli. Onların ideyaları isə hər birinə 1,5 milyard dollar qazandırdı. İdeya isə müxtəlif formalarda olan şirin çeynənən konfetlərin satışı idi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər

1 comment

Comments are closed.