-3 C
Baku
Sunday, December 15, 2024

Hansı işsiz şəxslərə ödənişlər ediləcək?

“İşsizlikdən sığorta haqqında” qanuna edilən yeni dəyişikliklər ilə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək. Belə ki, yeni dəyişikliklərə əsasən müəssisəinin mülkiyyətçisi dəyişəndə, əvvəlllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldılqdan sonra öz işinə qayıtdıqda da ödənişlər ediləcək.

Banker.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

Eyni zamanda, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək. İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır. Yeni dəyişliklər ilə isə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək.

İşsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb oluna sığorta stajının 30 aydan 24 ayadək endirilməsi də həyata keçirilir.

“Bu daha çox vətəndaşların ödəniş almasına imkan yaradacaq”- deyə, Bayramov bildirir.

Digər dəyişiklik fərdi məşğulluq proqramının üzürlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir. İqtisadçı deyiir ki, bu zaman qanunda üzürlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib.

“Bütövlükdə, qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı daha çox vətəndaşımız bu imkandan faydalanmasına şərait yaradacaq”.

Son xəbərlər
Digər xəbərlər