19 C
Baku
Thursday, April 25, 2024

Hansı namizədləri işə götürürlər?

Tez-tez işə göstərilən maraq və təşəbbüs namizədlərin digər keyfiyyətlərini üstələyir. Ona görə də müsahibə zamanı işə düzəlmək şanslarını artırmaq üçün işə maraqlı duyduğunuzu göstərməyə çalışın.

Sizin işə olan maraq və motivasiyanızı yoxlamaq üçün müsahibə götürən artıq bir neçə sual hazırlamış olacaq: “Siz nə üçün məhz bizdə çalışmaq istəyirsiniz?”, “5 il sonra özünüzü harada görürsünüz?” və s. Bütün bunların hamısı ideal namizədin müəyyən meyarları ilə əlaqədardır. Müsahibə götürənin sizi necə görmək istədiyini və nə ilə qarşılacağınızı bilməniz üçün onları daha ətraflı nəzərdən keçirək.

Şirkətə maraq göstərmək

Siz təkcə elana görə deyil, məhz orda işləmək istədiyiniz üçün gəlməlisiniz. Şirkət haqqında bütün informasiyaları bilmək o qədər də vacib deyil, şirkətin əsas fəaliyyət istiqaməti, əhəmiyyətli uğurları, göstərilən xidmət və ya istehsal olunan məhsul haqqında bilmək kifayətdir. Sizin şirkət ilə maraqlanmağınız böyük amildir. Işə götürəni başa salmağa çalışın ki, niyə məhz burda işləmək istəyirsiniz. Müsahibə götürənə başa salın ki, siz bu şirkətdə işləyərək, özünüzü daha yaxşı göstərə bilərsiniz, şirkətin inkişaf tempi sizin xoşunuza gəlir və siz özünüzü məhz burda görürsünüz.

Iş prosesi

Siz öz işiniz peşəkarısınız, nəyi necə etmək lazım olduğunu yaxşı bilirsiniz – bu haqda müsahibədə danışın. Işdən razı qalmağınız gələcək öhdəliklərinizi nə dərəcə yaxşı başa düşmənizdən asılıdır, bu da birbaşa olaraq motivasiya ilə bağlıdır. Oxşar mövqelərdə olarkən qazandığınız uğurlardan, çətinliklərin öhdəsindən necə gəldiyinizdən danışın. Müsahibə götürəndən vacib nüansları dəqiqləşdirin, onda sizin gələcək iş gününüzdə heç bir aydınlaşdırılmamış problem qalmayacaq. Əgər hər şey sizi qane edirsə, bunu söyləyin, siz bununla da işlə maraqlandığınızi və istəkli olduğunuzu göstərmiş olacaqsınız. Təşəbbüskar əməkdaşlar daha çox qiymətləndirilir.

Karyera gözləntiləri

Əgər siz harada və nə işlə məşğul olacağınızı yaxşı bilirsinizsə, onda nəyi hədəfinizi də bilməlisiniz. Təcrübə və bacarığını artırmaq, çətin məsələlərin öhdəsindən effektiv gəlmək istədiyinizi deyin. Əgər sizi karyerada yüksəlmək maraqlandırırsa, bunu gizlətməyin. Daimi olaraq karyerada yüksəlmək istədiyinizi qeyd edin. Sizin istək və imkanlarınız şirkətinki ilə üst-üstə düşməlidir – yalnız bu halda məhsuldar əməkdaşlıq alınacaq.

Sualların məqsədi

Namizəd bu şirkətdə nə qədər çox çalışmaq istəsə də, öz səviyyəsini nə qədər artırmağa cəhd göstərsə də, maddi təminat motivasiyanın vacib amili olaraq qalır. Siz özünüzü qiymətləndirə bilməli, eləcə də işə götürənin sizə nə təklif edəcəyini bilməlisiniz. Çox ehtimal ki, o vakansiya elanında əməkhaqqının məbləğini gizlətməyəcək, lakin əgər bu baş versə, onda regionunuzda bu sfera üzrə orta əməkhaqqını bilməlisiniz. Eləcə də sizi qane edəcək məbləği də təyin etməlisiniz. Əlbəttə ki, nə qədər çoxdursa, bir o qədər yaxşıdır, amma realist olmaq lazımdır. Əməkhaqqının müzakirə olunacağı mərhələdə işə götürən gələcək maaşın sizi qane edəcəyini bilməlidir.

Uzunmüddətli münasibətlər

İşə götürən yaxşı işçi ilə uzunmüddətli əməkdaşlıqda maraqlıdır. Şirkət və vəzifəniz ilə bağlı bir neçə sual hazırlayın. Şirkət və vəzifəniz haqqında ümumi suallar tərtib edin. Cavabların əksəriyyətindən razı qalan əməkdaş, çox ehtimal ki, şirkətdə uzunmüddətli qalacaq və öz öhdəliklərini zövqlə yerinə yetirəcək. Ona görə də vaxtından əvvəl ağız-burun əyməyə dəyməz, işə götürəndə yaxşı təəssürat yaratsanız da son qərar sizin olacaq. Lakin sizə qarşı olan neqativ münasibəti artıq dəyişmək mümkün olmayacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər