0 C
Baku
Thursday, February 9, 2023

Hansı ölkələrdə “Mir” kartları qəbul edilir?

Bu gün “Mir” kartları 11 ölkə və regionda qəbul edilir. Banker.az xəbər verir ki, bunlar Türkiyə, Vyetnam, Cənubi Koreya, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Cənubi Osetiya və Abxaziyadır.

Lakin Rusiya bu ödəniş sisteminin daha çox ölkədə istifadə olunmasını istəyir.

Rusiya Mərkəzi Bankı sentyabrın 15-də açıqlama verib ki, “Mir” kartlarının qəbul edildiyi ölkələrin sayını 2025-ci ilə qədər 20-yə, 2030-cu ilə qədər isə 35-ə çatdırmağı hədəfləyir.

Bu çərçivədə Kuba, Tailand, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Myanma, Venesuela, İran, İndoneziya, Bəhreyn, Çin, Hindistan, Şri-Lanka, Azərbaycan, Kipr və Nigeriya kimi ölkələrdə “Mir” kartlarının istifadəsinə dair müzakirələr davam edir. Bu ölkələrdə mühüm arqument rusiyalı turistləri cəlb etməkdə üstünlük əldə etməkdir. Bundan əlavə, bunun Rusiyadan gələn əmək miqrantları şəbəkəsi olan ölkələr üçün məna kəsb etdiyi iddia edilir.

 

Son xəbərlər
Digər xəbərlər
X