8 C
Baku
Friday, December 13, 2024

Hansı ölkə bank filiallarından imtina edəcək?

İsveç dünyada ilk “nağdsız cəmiyyət” olmağa çox yaxındır. Ölkədə gündəlik həyatda elektron ödənişlər nağd ödənişləri demək olar ki, sıxışdırıb, bank xidmətləri isə internetə köçürülüb. Hətta küçə ticarətçilərinin kartla ödəniş etdiyi bir vaxtda bu ölkədə bank filiallarına ehtiyac varmı?

Paytaxt sakinləri arasında aparılan soğrularda “Bank filiallarına tez-tezmi gedirsiniz?” sualına ən çox verilən cavab “Demək olar ki, heç vaxt” olmuşdur.

İsveçdə mobil bankçılıq bankın müştərilərə xidmət göstərdiyi əsas kanaldır. Ölkədə internet və mobil bankçılığa keçid əlverişli elektron infrastruktur sayəsində baş vermişdir. Belə ki, ölkə smartfon və internetdən istifadəyə görə dünyada ən yüksək yerlərdən birini tutur. Lakin bununla belə, isveç bank sektorunun özünəməxsus xüsusiyyətləri də burada az rol oynamayıb.

Əsas xüsusiyyətlərdən biri 2003-cü ildə təqdim edilmiş BankID sistemidir. Bu internet istifadəçilərinin  təhlükəsiz identifikasiya edilməsi sistemidir və 2010-ci ildən başlayaraq mobil istifadəçilər üçün də keçərlidir.

Son xəbərlər
Digər xəbərlər