Bir çox ölkələrin hökumətləri ölkə büdcələrini artırmaq, bura xarici investorları cəlb etmək yollarını axtarırlar. Həll yollarının biri də maddi imkanları yaxşı olan xaricilərə vətəndaşlıq satmaqdır. Rəsmi olaraq söhbət vətəndaşlıq almaq prosedurun asanlaşdırılmasından gedir, lakin faktiki vətəndaşlıq almağa müraciət edən yeni pasport alır.
Bu cür proqramlardan postsovet ölkələrinin sakinləri məmnuniyyətlə istifadə edirlər. Çünki bu onlara, demək olar ki, bütün dünyanı vizasız səyahət etmək imkanı yaradır.
ABŞ
Green Card statusu sizə ABŞ-da yaşamaq və 5 ildən sonra vətəndaşlıq almaq imkanı yaradır. Həmçinin kartı almaq üçün yerli biznesə $500 min investisiya etmək və minimum 10 iş yeri açmaq lazım ola bilər.
Dominikan respublikası.
Bir insan $100 min, bir ailə isə $200 min pul ödəyərək vətəndaşlıq ala bilər. Bu pasport viza tərtib etmədən 50 ölkəni səyahət etməyə imkan yaradır.
Antiqua və Barbuda.
Vətəndaşlıq almaq üçün Milli inkişaf fonduna $250 min və yaxud yerli daşınmaz əmlaka $400 min pul yatırmaq lazımdır. Bu pasport sizə viza tərtib etmədən txminən 130 ölkəni səyahət etmək imkanı yaradır.
Sent- Kitts və Nevis.
Milli xeyriyyə fonduna $250-350 min bağışlayaraq və yaxud minimum $400 min dəyəri olan daşınmaz əmlak alaraq siz pasport əldə edə bilərsiniz. Vətəndaşlıq təxminən 130 ölkəni vizasız səyahət etməyə imkan yaradır.
Malta.
€650 min ödəyən xarici vətəndaşlara vətəndaşlıq təqdim olunur. Vətəndaşlıq almış şəxslər ABŞ-ı və Avropa ittifaqının ölkələrini, həmçinin dünyanın 160 ölkələrini vizasız səyahət edə bilərlər.
Kipr.
Yerli daşınmaz əmlaka €5 milyon pul yatıran investorlara vətəndaşlıq təqdim olunur.
Kanada.
Vətəndaşlıq almaq isətəyənlər biznesi idarə etmək təcrübəsinə malik olduqlarını sübut etməli, dəyəri $1,6 milyondan az olmayan qanuni kapitallarının olduğunu təsdiq etməli və Kanada iqtisadiyyatına $800 mindən az olmayaraq investisiya etməlidirlər. Hökumət investisiyaları qaytaracağına zəmanət verir.
Portuqaliya.
Golden Residence proqramı ilə asanlaşdırılmış vətəndaşlıq almaq proseduru. Pasportu almaq üçün yerli daşınmaz əmlakına minimum €500 min pul yatırmaq və yaxud Portuqaliya iqtisadiyyatına €1 milyon pul investisya etmək lazımdır. Altı il həmin ölkədə yaşayaraq tam Portuqaliya vətəndaşlığını almaq mümkündür.
İspaniya.
Minimum €500 min məbləğində daşınmaz əmlak alan və ya €2 milyonluq dövlət istiqrazları əldə edən, ya da ispan şirkətlərinə minimum €1 milyon investisiya edən şəxslərə İspaniyada yaşamaq hüququ verilir. 10 ildən sonra tam vətəndaşlıq verilir.
Böyük Britaniya.
Vətəndaşlıq almaq üçün £1 milyona sahib olmaq kifayətdir. İnvestor minimum £750min Britaniya iqtisadiyyatına, digər pullara isə yerli daşınmaz əmlak almaq və yaxud bank hesabı açaraq ora yatırmaq lazımdır. 6 ildən sonra tam Britaniya vətəndaşlığı almaq mümkündür. Daha çox investisiya yatıraraq bu prosessi tezləşdirmək olar.