9 C
Baku
Thursday, December 12, 2024

Hansı şəxslər özünüməşğulluğa cəlb edilir?

Özünüməşğulluq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.15 maddəsində qeyd olunduğu kimi, şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir.

Aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində Özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Azərbaycan Respublikası Prezidentinin 7 aprel 2016-cı il tarixli 1941 nömrəli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir.

Ailə təqdim etdiyi biznes plana uyğun olaraq kənd təsərrüfatı, istehsal və ya xidmət üzrə əmlaklar ilə təmin edilir. Bu Özünüməşğulluq proqramını digər ölkələrdəki təcrübədən fərqləndirən cəhətdir.

Özünüməşğulluq hansı mərhələlərdən ibarətdir?

Özünüməşğulluğun təşkili aşağıdakı mərhələlərdə həyata keçirilir:

1. Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi;

2. Özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə köməklik göstərilməsi;

3. Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi;

4. Seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi;

5. Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin 1 (bir) il müddətində dövri monitorinqi.

Özünüməşğulluq proqramına qoşulmaq üçün hara və ya necə müraciət edilməlidir?

Proqrama qoşulmaq üçün Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya Dost Mərkəzlərinə yaxınlaşmaqla işsiz və işaxtaran vətəndaşlar növbəyə yazıla bilərlər.

Hansı şəxslər özünüməşğulluğa cəlb edilir?

İşsiz, habelə, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər.

Proqramın icrası zamanı hansı kateqoriyadan olan işsiz şəxslərə üstünlük verilir?

1. Ünvanlı dövlət sosial yardım alanlara,
2. Əlilliyi olan şəxslərə,
3. Şəhid ailəsinin üzvlərinə,
4. Bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara,
5. Pensiya yaşına iki ildən az qalmış şəxslərə,
6. Cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə.

Son xəbərlər
Digər xəbərlər