9 C
Baku
Friday, December 13, 2024

Hansı şikayətlər bizim düşüncə tərzimizə və sağlamlığımıza neqativ təsir göstərirlər

Araşdırmalar göstərir ki, normal ünsiyyət zamanı insanların əksəriyyəti bir dəqiqədən bir şikayət edirlər. Bu, bizi çəkir. Biz şikayət etməyi çox sevirik. Lakin unutmayın ki, digər xoşagələn şeylər kimi – məsələn, siqaret çəkmək vərdişi və ya həddindən artıq qida qəbul etmək – bizim sağlamlığımız üçün zərərlidir.

Sizin beyniniz səmərəliyi xoşlayır və tələb olunandan daha çox işləməyi sevir. Bir şeyi bir neçə dəfə etdikdə, beynimizdə olan neyronlar informasiya axını prosesini asanlaşdırmaq üçün fərqli qaydada təşkil olunmağa başlayırlar. Bu, hərəkətin növbəti dəfə təkrar olunmasını sadələşdirir və nəticədə vərdiş meydana gəlir.

Siz beyninizi günahlandıra bilmərsiniz. Kim çayın o biri tərəfinə keçmək üçün hər dəfə yeni körpü tikəcək? Daimi körpü tikmək daha məntiqə uyğun görünür. Eynilə neyronlar kimi – onlar bir-birinə yaxınlaşaraq daimi əlaqələr yaradırlar.

Təkrarlanan şikayətlər, sizin beyninizi yenidən qurur. Zamanla, neqativ əhval-ruhiyyədə olmaq sizin üçün daha asan olacaq. Şikayətlənmə sizin daimi davranışınıza çevriləcək və bu, digər insanların sizə olan münasibətinə təsir göstərəcək.

Şikayət etmək vərdişi sağlamlığa ziyandır

Qeyd etmək lazımdır ki, daimi şikayət etmək vərdişi beynin zədələnməsinə gətirib çıxarır, lakin hər şey təkcə bununla sona çatmır. Şikayət etdiyiniz zaman, vücudunuz stress hormonu olan kortizol ifraz etməyə başlayır. Kortizol sizi “vur və qaç” rejiminə qoyaraq, oksigeni, qanı və enerjini xilasetmə üçün lazım olan sistemlərə göndərir. Bunun əsas effekti – qanda təzyiqin və şəkərin səviyyəsinin qalxmasıdır. Bu bizə ya özümüzü xilas etməyə, ya da qaçmağa kömək edir.

Kortizol bizim immunitetimizi zəiflədir və diabet, ürək-damar xəstəlikləri və piylənməyə qarşı həssas edir.

Bu yalnız daim hər şeydən şikayətlənən insanlar üçün deyil

İnsan – sosial varlıqdır. Bizim beynimiz təbii və şüursuz olaraq başqalarının əhval-ruhiyyəsini yamsılayır, xüsusilə də çox vaxt keçirdiyimiz insanların davranışını. Bu proses neyron əks etdirmə adlanır və bu, empatiyanın əsasını təşkil edir. Digər tərəfdən, insan şikayətlənməni siqaret çəkmə vərdişinə oxşadır. Çalışın belə insanlardan uzaq durasınız, belə ki, neqativ təsir altına düşmək üçün mütləq deyil ki şikayətcil siz olasınız. Düşünün: əgər insan siqaret çəksəydi, bütün günü onun yanında oturardınız? Çox güman ki, yox. Daim şikayətlənən insanlarla da belə davranmaq lazımdır.

Şikayətcil insanlar üçün çıxış yolu

Şikayət etmək istədikdə, iki şey edə bilərsiniz: özünüzdə minnətdarlıq hissini tərbiyə edin. Yəni, şikayət etmək istədiyiniz zaman diqqətinizi minnətdar olduğunuz şeylərə yönəldin. Bu, kortizol hormonunun ifrazını 23%-ə qədər azaldır. Kaliforniya universitetində aparılan tədqiqatlar göstərirlər ki, özündə minnətdarlıq hissini tərbiyə edən insanlar daha gülərüz, pozitiv və enerji ilə dolu olurlar. Neqativ və ya pessimist düşünürsünüzsə, bunu “verilişi çevirməyin vaxtıdır” siqnalı kimi qəbul edin. Tədricən pozitiv yanaşma sizin həyat tərzinizə çevriləcək.

İkinci – şikayətdən problemin həllində istifadə edin. Şikayət haqqında məqsədyönlü şəkildə düşünün. Problemin həllinə yönəldilmiş şikayət aşağıdakıları etməlidir:

  1. Dəqiq məqsədə malik olmalı. Şikayət etməzdən öncə, nə axtardığınızı müəyyən edin. Çox güman ki, şikayətinizin heç bir səbəbi yoxdur. Bu tip şikayətlərin qarşısını inkişafının erkən mərhələsində almaq lazımdır.
  2. Pozitiv bir şüylərdən başlayın. İlk baxışdan bu sizə qəribə gələ bilər. Məsələn, şikayətə komplimentdən başlasanız. Pis xidmətsən şikayət etməzdən əvvəl, bu kimi sözləri deyə bilərsiniz: “Mən uzun müddətdir ki, sizin müştəriniz idim və xidmətinizə heyran olmuşam…”.
  3. Konkret olmalı. Şikayət etdiyiniz zaman, son 20 il ərzində üzləşdiyiniz bütün kiçik problemləri xatırlatmaq lazım deyil. Hazırkı vəziyyəti maksimum dərəcədə konkret şəkildə təsvir etməyə çalışın.
  4. Pozitivliklə bitirin. Əgər şikayətinizi “Mən bir daha sizdən heç nə almayacam” sözləri ilə bitirsəniz, qarşı tərəf şikayətinizə reaksiya verməkdə maraqlı olmayacaq. Bu halda şikayətinizin heç bir məqsədi yoxdur. Yaxşı olar ki, şikayətinizi “Mən bu problemi həll etmək istərdim ki, iş münasibətimizi davam etdirək” şəkildə ifadə edəsiniz.

Nəticə

Siqaret çəkmə vərdişi və bütün günü televizor qarşısında vaxt keçirmək kimi, daim hər bir şeydən şikayət etməyiniz sağlamlığınıza zərər verir. Bu məsləhətlərdən istifadə edin və həm fiziki, həm də mental durumunuzu yaxşılaşdırmış olacaqsınız.

Son xəbərlər
Digər xəbərlər