15 C
Baku
Tuesday, April 30, 2024

Hansı xüsusiyyətlər intervüdə sizi geri sala bilər

Siz yaxşı iş təcrübəsi olan öz sahəniz iş üzrə ixtisaslaşmış mütəxəssis ola bilərsiniz, amma əmək bazarı həmişə məhdud olur. İş axtarışı prosesi müxtəlif səbəblərdən uzana bilər, ona görə də ələ düşmüş iş görüşmələrinə maksimal dərəcədə yanaşın.

Namizədlərin bəzi xüsusiyyətləri var ki, onlar işəgötürənləri sizdən tamamı ilə üz döndərməyə sövq edə bilər.  Banker.az işəgötürənlərin heç də ürəyincə olmayan keyfiyyətlərin siyahısını tərtib etmişdir.

Enerji çatışmazlığı

Əgər sizdə təşəbbüskarlıq (entuziazm) azdırsa, heç şübhəsiz ki, bu özünü intervü zamanı büruzə verəcək. Motivasiya və enerji ilə dolu olmaq adi bir əməkdaşı yaxşı əməkdaşa, yaxşı əməkdaşı isə olduqca əla bir əməkdaşa çevirir. Ona görə müsahibəni götürən şəxsə bu işçi qazanmaqda nə dərəcədə maraqlı olduğunuzu göstərin. Passiv davranış isə onu namizədlər növbəsinin ən sonuncusu edəcək.

Asudə vaxtdan səmərəsiz istifadə

İşdən başqa sizin heç bir işlə məşğul olmamağınız işəgötürənin çox da xoşuna getməyəcək. Çünki maraqlar və hobbilər insan haqqında çox şey söyləyə bilər. Amma ən yaxşı effektə nail olmaq üçün sizin maraq dairəniz professional fəaliyyətiniz ilə həmsərhəd olmalıdır. Amma hər bir qaydada istisnalar vardır. Təbii ki, intervüdə seriallara baxmağı sevdiyinizi deməyə dəyməz, amma aktiv istirahətə və idmana əksər işəgötürənlər müsbət yanaşırlar.

İşləri təxirə salmağa meyllilik

Xoşagəlməz işləri daima daha sonraya saxlamaq vərdişi, yüz faiz heç bir rəhbərin ürəyincə olmayacaq. Hamı məsuliyyətli, punktual və icraçılıq xüsusiyyətlərinə malik insanları xoşlayır. Professional və ya şəxsi həyatıızdan nümunələr gətirin. Elə tapşırıqları nümunə gətirin ki, onların həlli sizdən həddindən artıq zəhmət tələb edib, amma siz daima qarşıya qoyulan hədəfə doğru inamla irəliləmisiniz.

Hazırlıqsız olmaq

Siz müsahibəyə gəlir, amma işləmək istədiyiniz kompaniya haqqında heç nə bilmirsiniz, hətta onun nə ilə məşğul olduğunu və necə müştərilər ilə işlədiyini. Bu isə sizin məsuliyyətsiz, hətta laqeyd insan olmağınızdan xəbər verir. İşəgötürənlər isə adətən məsələyə tam ciddiliyi ilə yanaşan peşəkarları sevirlər, axı iş axtarışı və müsahibədən keçmə özü də sizin həll etməli olduğunuz birinci növbəli məsələdir.

Qeyri stabillik (qərarsızlıq)

Qısa zaman kəsiyi ərzində siz bir neçə iş və vəzifə dəyişmisiniz. Bu müsahibəni götürən şəxsdə belə bir fikir yarada bilər ki, siz nə istədiyinizi dəqiq bilməyən bir insansınız, sizə güvənmək olmaz, həmçinin onlar sizin adaptasiya ilə bağlı çətinlik çəkdiyinizi düşünə bilər. Əgər siz həqiqətən də bir neçə dəfə ardıcıl şəkildə iş dəyişmək məcburiyyətində qalmısınızsa, bunun səbəblərini arqumentli şəkildə izah etməyə çalışın. Əks təqdirdə işəgötürən müstəqil şəkildə nəticə çıxarmağa məcbur olacaq, o sadəcə sizin müəyyən bir işdə qərar tuta bilmədiyiniz, dəyişkən və qeyri-stabil bir insan olduğunuz qənaətinə gələcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər