10 C
Baku
Friday, December 13, 2024

Haqqımda nə fikirləşərlər? – Bu fikirdən necə yaxa qurtarmaq olar

Bəzən müvəffəqiyyətli olmaq istəsək də, “Haqqımda nə fikirləşərlər?” qorxusu buna imkan vermir.

Həyəcan keçirdiyiniz anı xatırlayın – böyük auditoriya qarşısında çıxış etdiyiniz və ya tanımadığınız insnalar arasında oturduğunuz an. Adətən belə hallarda qorxu və gərginlik hissini yaşayırıq, çünki bu insanların bizim haqda nə düşündüyü bizi çox narahat edir.

Müasir dünyada başqalarının fikirləri qarşısında keçirdiyimiz qorxu hissi qeyri-səmərəli və son dərəcə məhsuldar olmayan bir şeydir, hansıki yalnız iş məhsuldarlığına deyil, həyatımızın bir çox sahələrinə təsir göstərir. Siz öz potensialınıza zərər yetirirsiniz, çalışın başqalarının fikrilərinə deyil, istedadınıza və şəxsi dəyərlərə daha çox önəm verəsiniz. Siz tənqiddən qorxduğunuz üçün çox ehtiyatlı olacaqsınız. Əgər kimsə sizə qarşı çıxarsa, fikirinizdən daşınacaqsınız.

Təəssüf ki, başqalarının fikirləri qarşısında keçirdiyimiz qorxu hissi insan həyatının ayrılmaz bir hissəsidir, çünki qədim əcdadlarımız kimi, biz də ətraf mühitə reaksiya veririk. Qədim dövrlərdən bəri insan fərqli düşünməkdən, hərəkət etməkdən çəkinib. Bu, bizim çətinliklərin öhdəsindən gəlmək qabiliyyətimizi zəiflədir.

Quyruğun iti idarə etməsini istəmiriksə, düşüncə tərzimiz üzərində çalışmalıyıq.

Başqasının fikrindən qorxduğunuzu düşünürsünüzsə, bu stressli reaksiyanın intensivliyini azaltmağın bir neçə yolu var. Özünə güvəni artırmaq üçün, “Mən yaxşı oratoram”, “Mən çox səy göstərdim və bacarığımdan əmin ola bilərəm”, “Mənin deyiləsi sözüm var və mən buna hazıram” və s. bu kimi ifadələri dilinizi gətirin. Bir neçə dəfə dərin nəfəs almağı unutmayın, bu da sizə kömək edəcək.

Başqalarının fikirləri qarşısında keçirdiyiniz qorxunu tamamilə və geri dönməyəcək şəkildə məğlub etmək istəyirsinizsə, hər şeydən əvvəl özünüzü dərk etməlisiniz. Çoxumuz bu haqda heç düşünmür və ümumi fikirlərlə kifayətlənərək həyatına davam edir. Amma həqiqətən müvəffəqiyyətli olmaq və qorxuya qalib gəlmək istəyirsinizsə, öz mahiyyətinizin başa düşməyiniz lazımdır.

Şüarınızı müəyyən edin. Bu, sizin əsas dəyərlərinizi əks etdirən söz və ya ifadə ola bilər. Seattle Seahawks futbol komandasının məşqçisi olan Pete Carroll-un şüarı belə səslənir: “Hər zaman rəqabət apar”. Carroll-un anlamında rəqabət aparmaq, hər gün daha çox çalışmaq deməkdir. Onun şüarı standart ifadə və ya mənasız bir sloqan deyil, onun düşüncələrinə, fəaliyyətinə və qərarlarına istiqamət göstərən kompasdır.

Şüarınız üzərində düşünərkən, özünüzə aşağıdakı sualları verin:

  • Yaxşı nəticələr əldə etdikdə, əsasən hansı yanaşmaları təqib edirəm?
  • Ətrafımda eyni cəhətləri və keyfiyyətləri nümayiş etdirən insanlar varmı?
  • Bunlar hansı keyfiyyətlərdir?
  • Sevdiyim sitatlar və ya sözlər varmı?

Bu suallara cavab verdikdən sonra xoşunuza gələn sözləri dairəyə alın, sizi qıcıqlandıran sözlərin üstündən isə xətt çəkin. Sonda isə yerdə qalan sözlərdən cümlə və ya ifadə qurmağa çalışın. Bu cümlə və ya ifadə sizin mahiyyətinizi əks etdirməlidir.

Şüarın yaradılması – çox faydalı çalışmadır. İş təcrübəmdə bir çox maraqlı situasiyalara rast gəlmişəm. Bir gün şirkət rəhbərlərindən biri mənə dedi: “mənim şüarım – layiqli yaşamaqdır”. O, mənə öz valideynlərinin çətin həyat hekayəsini danışdı və mən bu şüarın mahiyyətini dərk etmiş oldum.

Milli Futbol liqasının oyunçuları və məşqçiləri, ekstremal idmançılar və Fortune siyahısına daxil olan şirkətlərin top-menecerləri ilə işləyərkən, çox vacib bir məqama diqqət etdim – onların hər birinin riayət etdiyi müəyyən prinsiplər vardır. Bu prinsiplər onlara daha çox çalışmağa və narahatlığa daha tez qalib gəlməyə  kömək edir.

Şəxsidən başlayın. Məsələn, əgər kimdənsə uzun müddətdir xoşunuz gəlirsə, ona sevginizi etiraf edin. Risk edin. Qəribə olun.

Bu yanaşmanı iş həyatınızda da tətbiq edin. İdeyanızın təqdimatını hazırlayın. Əgər rəhbəriniz sizi yeni vəzifəyə təyin etmək istəyirsə, şübhə etmədən razı olun. Başqalarının sizin haqda nə düşündüyündən qorxursunuzsa, bunu özünüzə etiraf edin və qlobal məqsədiniz barədə düşünün.

Özünüzü obyektiv qiymətləndirin. “Dare to lead” kitabının tədqiqatçısı və müəllifi olan Bren Braun, “Finding Mastery” podkastının epizodlarından birində deyir ki, 2×2 kağız parçasını götürün və sizin üçün fikirləri dəyərli olan insanların adlarını yazın. Onlar sizin necə bir insan olduğunuzu və hansı istiqamətdə hərəkət etdiyinizi bilməlidirlər. Bu insanların fikirlərini nəzərinizdən keçirin, təcrübənizlə əlaqələndirin və səs-küyə fikir verməyin.

Ən əsası – nə isə öyrənmək üçün, bacardığınızdan daha çox işləməlisiniz. Şüarınız sizdən daha çox səy göstərməyinizi tələb edəcək, həyatınıza və işinizə maraq qatacaq.

 

Son xəbərlər
Digər xəbərlər