-1 C
Baku
Sunday, December 15, 2024

Harvard Universitetinin psixoloqu Steven Pinker: ünsiyyət zamanı ağıllı insanların belə etdiyi ən önəmli səhv

Və ətrafdakı insanlara informasiyanın düzgün təqdim edilməsinin 4 strategiyası.

“Tariximizdəki baş vermiş döyüşlərin çoxunda, danışıqlar apara bilmədiyimizə görə məğlub olmuşuq”,- Harvard Universitetinin professoru Steven Pinker.

Bu gün işdə e-poçt və  qeyri-aktiv danışıqların yayıldığı zaman, heç kim yanlış anlaşmadan sığortalı deyil.

“The Sense of Style” kitabının müəllifi olan Steven Pinker deyir ki, aydın ünsiyyət qarşısında duran əsas maneə “bilik lənət” adlanan bir fenomendir.

Bu konsepsiya ümumiyyətlə o deməkdir ki, “bir şeyi bildiyimiz zaman, başqalarının bunu necə bilmədiyini başa düşmək çox çətindir”. Yəni, öz biliklərimiz bizim üçün qədər aydın görünür ki, biz düşünürük ki, hər kəs bunu bilməlidir.

Pinkerin sözlərinə görə, problem ondan ibarətdir ki, çox güman ki siz əksər insanları başa düşə bilmədiyi peşəkar sözlərdən istifadə edəcəksiniz. Bu halda ünsiyyət çətinləşir və qarşı tərəf sizi yanlış anlaya bilər.

Beləliklə, yazarkən və ya danışarkən “bilik lənət” ini aradan qaldırmaq üçün nə edə bilərsiniz? Pinker aşağıdakı dörd strategiyanı bizə tövsiyə edir.

Diqqətinizi mahiyyət üzərində cəmləşdirin

Nitq söyləyərkən və ya hər hansısa qeydlər apararkən, siz fikrinizin əsas mahiyyətini əks etdirməlisiniz.

“Siz çox təəccüblənəcəksiniz. Çünki sizin üçün açıq-aşkar olan bir şey, heç də hər kəs üçün aydın deyildir. – Pinker deyir. “Və həmin şəxsin bu sahəyə heç bir aidiyyəti olmaması heç də mütləq deyil”.

Sözləri seçərkən diqqətli olun

Siz yadınızda saxlamalısınız ki, sözlər ünsiyyətin son nöqtəsi deyil. “Sözlər-dünyaya yol acan bir pəncərədir”,-Pinker deyir.

Sözlərdən istifadə edərək, siz müxtəlif təsvirlər çəkirsiniz, ideyaların mübadiləsini həyata keçirirsiniz, məqsəd və hekayələrinizlə bölüşürsünüz. Buna görə də, danışarkən sözləri diqqətlə seçməyiniz çox önəmlidir. Söylədiyiniz fikirlər insanlar üçün aydın olmalıdır.

“Əgər bu sözlər dinləyicinin və ya oxucunun ağlında təsvir yaratmasına kömək etmirsə, onlar bir ünsiyyət vasitəsi kimi effektiv olmuyacalar”,-psixoloq izah edir.

Fasilə edin

Yazdığınız mətni kənara qoyun, bir müddət sonra isə ona yenidən qayıdıb bir daha oxuyun. Əgər siz bir neçə saat və ya gün gözləsəniz, bir çox məsələlərə baxışınız dəyişəcək.

“Çox vaxt müəllif, özü yazdığı sözləri təkrar oxuyanda təəccüblənir”,- Pinker qeyd edir.

Sərt şəkildə redaktə edin

Çox vaxt ən vacib məsələlərdən biri, mətnin redaktə olunma mərhələsidir. Pinker bu işə diqqətlə yanaşmağı tövsiyə edir.

“Mətni bir neçə dəfə dəyişdirin və yenidən yazın. Burada sizin əsas məqsədiniz, mətni daha anlaşılan etməkdir. Hər cümləni yazarkən özünüzə sual verin: “Həqiqətənmi oxuyucu mənim fikrimi düzgün başa düzəcəkdir? Fikrimi daha qısa, daha konkret ifadə edə bilərəmmi?”

“Əgər ünsiyyət zamanı aydınlığa daha çox önəm verilsəydi, biz biznesin, təhsilin və idarəçiliyini effektivliyini artıra bilərdik. Gündəlik həyatda rast gəldiyimiz narazılığın səviyyəsini isə aşağı sala bilərdik”-,Pinker hesab edir.

Son xəbərlər
Digər xəbərlər