Hava nəqliyyatı ilə sərnişin daşınması xidmətləri 2023-cü ilin sentyabr ayı 2023-cü ilin avqust ayına nisbətən 18.1% ucuzlaşıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin sentyabr ayı 2022-ci ilin sentyabr ayına nisbətən isə Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşıma 2.9% bahalaşıb.
Qeyd edək ki, Hava nəqliyyatı ilə 2170.5 min və ya 31 faiz çox sərnişin daşınmış, daşımaların 99.9 faizi dövlət, 0.1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.