Daşkəsəndə havanı çirkləndirən sürücülər cərimələnib.
DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Daşkəsən RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.
Bu və digər qayda pozuntusuna yol verən 12 nəfər sürücü inzibitai məsuliyyətə cəlb edilib.
Həmin sürücülərə bildirilib ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.