22 C
Baku
Friday, April 26, 2024

Hazırda dünyanın ən varlı 5 şəxsi

  1. Bill Gates

Sərvəti: $87,4 milyard

Yaşı: 60

Ölkə: ABŞ

Fəaliyyət sahəsi: Texnologiya

Gəlir mənbəyi: Microsoft

Bill Gates amerikalı sahibkar və ictimai xadim, xeyriyyəçi və Microsoft şirkətinin yaradıcılarından biridir (Poll Allen-lə birgə).

  1. Amansio Orteqa

Sərvəti: $66,8 milyard

Yaşı: 79

Ölkə: İspaniya

Fəaliyyət sahəsi: pərakəndə satışlar

Gəlir mənbəyi: Inditex

Amansio Orteqa – sahibkar, Inditex şirkətinin yaradıcısı və eks-prezidentidir.  Şirkət dünyanın 77 ölkəsində 5 min mağazaya sahibdir. Bundan başqa, Orteqa Florida, Madrid, London və Lissabonda daşınmaz əmlaka, qaz sənayesinə, turizm və banklara sərmayə yatırır.

  1. Warren Buffet

Sərvəti: $60,7 milyard

Yaşı: 85

Ölkə: ABŞ

Fəaliyyət sahəsi: investisiyalar

Gəlir mənbəyi: Berkshire Hathaway
Warren Buffet – amerikalı sahibkar, dünyanın ən nəhəng və məşhur investorlarından biridir.  O dünyanın ən varlı insanlarından biri olmaqla yanaşı, ABŞ-da ikinci ən varlı şəxs hesab olunur.

  1. Ceff Bezos

 

Sərvəti: $56,6 milyard

Yaşı: 51

Ölkə: ABŞ

Fəaliyyət sahəsi: texnologiya

Gəlir mənbəyi: Amazon.com

Ceff Bezos Amazon şirkətinin rəhbəri və yaradıcısı, Blue Origin aerokosmik şirkətin və The Washington Post nəşriyyat evinin sahibidir.
Bezos 1994-cü ildə Amazon internet mağazasını yaratdıqda onun ilkin investisiyası 300 min dollar təşkil edirdi.
2000-ci ildən Ceff Bezos özəl kosmik gəmilərin yaradılması ilə məşğul olan Blue Origin layihəsini maliyyələşdirir. 2013-cü ildə isə 250 milyon dollara Amerikanın The Washington Post nəşrini əldə edir.

 

  1. Çarlz və Devid Koch

Sərvəti: $46,8 milyard və $47,4 milyard

Yaşı: 80 və 75

Ölkə: ABŞ

Fəaliyyət sahəsi: investisiyalar

Gəlir mənbəyi: miras, Koch Industries

Çarlz Koch – amerikalı sahibkar-milyarder və xeyriyyəçi, Koch Industries şirkətinin CEO-su və idarəetmə sədri, həmsahibidir.  Onun qardaşı Devid Koch da həmçinin şirkətin həmsahibi və icraçı vitse-prezidentdir. Qardaşlar biznesi atalarından, Fred Koch-dan miras olaraq əldə ediblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər