2019-cu ildə Azərbaycanda əmək müqavilələrinin sayı 18,4% artıb.
Bunu “Vergi islahatları: Birlikdə kölgədən işıqlığa doğru” adlı konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, son nəticədə sosial sığorta ayırmaları üzrə daxilolmalar 24%, işsizlikdən sığorta üzrə daxilolmalarda 40% artım qeydə alınıb”, – o qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, ötən il sahibkarlıq subyektlərində yoxlamalar 44% azalıb, yoxlamalar nəticəsində hesablanmış ödəmələrin məbləği isə 18% artıb.
“Hazırda hər iki ödəyicidən yalnız biri səyyar yoxlamaya məruz qalır. Büdcəyə daxil olan vergi daxil olmalarının 91%-i isə könüllü ödəmələr hesabına formalaşır”, – M.Cabbarov əlavə edib.
Nazir onu da əlavə edib ki, 2019-cu ildə hüquqi şəxslərin bank hesabları 19%, fiziki şəxslərin bank hesabları isə 26% artıb.
“Aktiv ƏDV ödəyicilərinin sayı 37,5%-ə qədər artıb və nəticədə ƏDV üzrə ümumi artım 16,4% təşkil edib”, – o, qeyd edib.
Report