2 C
Baku
Saturday, December 14, 2024

Hazırda kirayə evlərə ən çox tələbat Bakının bu hissəsindədir

Hazırda Bakı və Abşeron yarımadasında ən yüksək günlük və aylıq kirayə haqları çimərliklərin yaxınlığında yerləşən bağ evlərindədir.

Bunu əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, Abşeron çimərliklərinin yaxınlığındakı bağlara tələb çoxdur. Hazırda kirayə evlərə ən çox tələbat Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Novxanıdadır.

“Bakı və Abşeron çimərlikləri ilə yanaşı regionlarımıza da dincəlmək üçün gedənlər kifayət qədərdir. Ölkəmizə gələn turistlər və yerli vətəndaşlar dincəlmək üçün əsasən İsmayıllı, Şamaxı, Qəbələ, Oğuz və Şəkiyə üz tuturlar. Bu rayonlarda evlərin gündəlik kirayəsi şəraitinə görə 70-80 manatdan başlayır. Bu il gündəlik kirayə qiyməti ötən illə eynidir. Bunun da əsas səbəbi odur ki, pandemiyaya görə bağ evlərinin kirayələrinə olan maraq artıqdan sonra, həmin tikintilərin sayı da çoxaldı. Bu isə tələblə təklifin tarazlığına gətirib çıxardı, nəticədə qiymətlər stabil qaldı”,- deyə ekspert qeyd edib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər