12 C
Baku
Friday, March 29, 2024

Heç kim təkbaşına uğur qazanmır – uğurumuzda bir şəxs

Bir şey müxtəlif yollarla üzə çıxan dominant mövzudur. Əgər bu konpensasiyanı insanlara tətbiq etsəniz, bir şəxsin hardasa tamamilə fərqli hərəkət etdiyİni görəcəksiniz. 

UOLT Disney hələ məktəbdə oxuyarkən Çikaqo İncəsənət İnistitunda gecə kurslarına gedir və məktəb qəzeti üçün karikatura çəkirdi. Məktəbi bitirdikdən sonra qazet karikaturaçısı olmaq istəyirdi, amma iş tapmırdı. Beləliklə, biznesmen və bankir olan qardaşı Roy onu incəsənət studiyasına işə düzəltdi. O, həmin studiyada animasiya çəkməyi öyrəndi və fəaliyyətə başladı. Gənc Uoltun “bir şəxsi” qardaşı Roy idi.

Albert Enşteynin taleyində mühüm rol oynayan şəxs isə müəllimi Maks Talmud olmuşdu. 10 yaşlı Enşteyni riyaziyyatın, dəqiq elmlərin və fəlsəfənin əsasları ilə məhz Maks tanış etmişdi. O, düz 6 ilə elmin dolanbaclı yollarında balaca Albertə istiqamət göstərmiş və bunun müqabilində həftədə bir dəfə Enşteynlərin evində nahar etmişdir.

Opra Uninfri özünü atasına borclu sayır. O, atası və onun həyat yoldaşı ilə keçirdiyi günləri özü üçün “xilas” adlandırırdı. “Əgər məni atamın yanına göndərməsəydilər, həyatım tamam başqa cürə olardı”. İş həyatında isə Opraya meneceri və maliyyə müşaviri (D.Cekobs) dayaq olub. Əmək müqaviləsinin şərtləri üçün ona müraciət edəndə Cekobs Opraya məsləhət görüb ki, başqası üçün işləmək əvəzinə öz şirkətini qursun məhz, Opra Uninfrinin yaratdığı “ Harpo Productions” şirkəti də bunun sayəsində yaradılıb.

Hər bir insanın həyatında mütləq bir vacib şəxs olur və onunla mütləq qarşılaşır ki, bu da həmin şəxs, ilham pərisi, müəllim və ya menecer rolunda çıxış edir.

Heç kim təkbaşına uğur qazanmır. Heç kim…

Son xəbərlər
Digər xəbərlər