2 C
Baku
Saturday, December 14, 2024

Hedge fond-un meneceri: Tesla tezliklə iflas edəcək

Vilas Capital Management hedge fond-unun meneceri Con Tompsonun (John Thompson) fikrincə, Tesla şirkəti növbəti bir neçə ay ərzində iflas edəcək. Tompsonun sözlərinə görə, yalnız İlon Mask (Elon Musk) “papaqdan  dovşan çıxararsa”, şirkəti xilas edə bilər. Bu haqda MarketWatch məlumat verib.

“Şirkətlər nəticə etibarilə pul qazanmalıdırlar, lakin bu halda bunun baş vermədiyini görürəm”, – deyə o MarketWatch-a bildirib. “Şübhəsiz, Tesla iflasa doğru gedir”, – o, müştərilərinə məktubda yazıb. O bunu Model 3-ün çatdırılma problemləri, Model S və X-a tələbatın azalması, həmçinin Moody’s agentliyinin kredit reytinqində B-dən CCC-yə düşmə ehtimalı əsasında şirkəti maliyyələşdirmənin çətinləşməsi ilə izah edir.  

“Formal olaraq, Tesla Ford-dan iki dəfə bahadır. Lakin Ford 2017-ci ildə 6 milyon avtomobil istehsal edib və 7,6 milyard dollar mənfəət əldə edib. Tesla isə öz növbəsində, 100 000 maşın yığıb və 2 milyard dollar itirib. Bundan əlavə, Ford-un “qara gün” üçün 12 milyard dolları var, Musk-ın şirkətinin pulu isə üç aya bitəcək. Karyeram ərzində bundan daha absurd bir şey görməmişəm”, – deyə Tompson bildirib.  

Maraqlıdır ki, Tompson Tesla-nın səhmlərini satır və hətta öz şəxsi pulundan 500 000 dollar pul yatıracaq. Lakin şirkətin uğurlarının əksinə yatırım edəcək.

Son xəbərlər
Digər xəbərlər