6 C
Baku
Saturday, December 14, 2024

Həftə sonu Mərkəzi Bank “çətin” faiz qərarını verir – Proqnoz nədir?

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 2021-ci ildə yeddinci dəfə faiz dəhlizinin parametrləri ilə bağlı qərarını verir.

Banker.az xəbər verir ki, maliyyə bazarlarına nəzarət edən requlyator 29 oktyabrda, cümə günü bununla bağlı qərarını açıqlayacaq.

AMB İdarə Heyəti cari il üçün uçot dərəcəsi üçün 8 dəfə iclas planlamışdı. Son 6 iclasda gözləmə mövqeyində dayanıb, sonuncuda (17 sentyabrda) uçot faiz dərəcəsini 0.25% bəndi artrırıb. Sonuncu dəfə 2020-ci ilin dekabrındakı axırıncı iclasda faiz dərəcəsini 0.25% bəndi azaldaraq 6.25%-ə qədər endirmişdi. Beləliklə, 17 sentyabrdakı iclasda AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6.25%-dən 6.5%-ə, dəhlizin aşağı həddinin 5.75%-dən 6%-ə, yuxarı həddinin isə 6.75%-dən 7%-ə yüksəltmişdi.

Mərkəzi Bank sonuncu iclasda uçot dərəcəsinin azaldılmasını qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul etmişdi.

AMB tərəfindən, faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcəkdir.

Ölkədə inflyasiya “sıçrayışı” artıq sentyabrdan start verib. Məsələn, sentyabrda Azərbaycanda ərzaq qiymətləri rəsmi olaraq aylıq müqayisədə 1.8%, illik müqayisədə isə 6% bahalaşıb. Ümumi inflyasiya göstəricisi isə illik 5.2%-dir (öncəki ayaq qədər: 4.8%) ki, bu da Azərbaycan Mərkəzi Bankının 4±2% hədəfə çərçivəsindən çıxmaq üçün o qədər də uzaq məsafə deyil. Ayrıca oktyabr ayında ölkənin qiymət tənzimləyici olan Tarif Şurası enerji daşıyıcıları – əhalinin istehlak etdiyi qaz və elektrik enerjisinin qiymətlərini 20%-ə qədər artırıb. Bu hazırda inflyasiya üçün əsas böyük riskdir.

Ölkədə 2021-ci ilin yanvar sentyabr aylarında 4.8%-lik artım dinamikası müşahidə edilib.

Banker.az analitikləri bildirir ki, faiz dəhlizinin parametrlərində rəqəmlərin artırılması ehtimalı daha çoxdur. Bəzi iqtisadçılar isə bu iclasda faiz dərəcəsini 0.25-0.50 faiz bəndi artırılacağını proqnoz edir. Lakin bu da mümkündür ki, Mərkəzi Bankın İdarə Heyəti son iclasda da “səbrini basıb” uçot faiz dərəcəsini sabit saxlasın. Son açıqlamaya görə, monetar şərait antiinflyasiya xarakteri daşımaqdadır.

AMB-yə görə, dövlət qiymətli kağızlarının gəlirliyi və banklararası bazarda faiz dərəcələri azalmaqda davam edir. Kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik müşahidə edilmir. İnflyasiyanın yüksəlməsi şəraitində nominal faizlərin dəyişməz qalması real faizlərin azalmasını şərtləndirir.

Qeyd edək ki, Azərbaycanın yaxın ticarət tərəfdaşlarından Rusiya və Türkiyə ötən həftə faiz dərəcəsinə dair müxtəlif istiqamətə faiz dərəcəslərini hərəkətləndirdi. Rusiya Mərkəzi Bankı (Bank Rusiya) faiz dərəcəsini 0.75 faiz bəndi artırmaqla 7.5%-ə qaldırdığı halda,hazırda tədiyyə balansında böyük kəsrlərlə qarşı-qarşıya olan Türkiyə Mərkəzi Bankı isə gözləntilərdən (məsələn maksimum 1% bəndi) daha çox 2% bəndi azaltmaqla 17%-ə endirdi.

 

Son xəbərlər
Digər xəbərlər