9 C
Baku
Wednesday, April 16, 2025

“Hermes” dünyanın ən bahalı lüks markası olub

Fransanın “Hermes International S.C.A.” şirkəti bazar kapitallaşmasına görə rəqibi “LVMH Moet Hennessy Louis Vuitton SA”nı geridə qoyaraq dünyanın ən qiymətli lüks markası olub.

“LVMH” səhmləri zəif rüblük nəticələrdən sonra çərşənbə axşamı günü 7,8% ucuzlaşıb, bununla əlaqədar şirkətin dəyəri təxminən 245,4 milyard avroya düşüb, “Financial Times” yazır.

Bununla yanaşı, “Hermes” səhmlərinin qiyməti 0,2% artıb, kapitallaşması isə təxminən 247 milyard avro təşkil edib.

Bütövlükdə lüks mallar seqmenti ABŞ-nin Avropadan mal idxalına elan etdiyi 20% tariflərdən təsirlənib. Qeyd edək ki, bundan sonra ABŞ prezidenti TDonald Tramp rüsumları 90 gün müddətinə 10%-ə endirib.

Son xəbərlər
Digər xəbərlər