17 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Hermes Finance” ASC-nin səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
Qeyd olunan səhmlərinin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 17 sentyabr 2024-cü il tarixindən başlayaraq 19 sentyabr 2024-cü il tarixinə kimi 3 gün ərzində “Hermes Finance” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 20 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
“Hermes Finance” ASC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ1001020523 |
Səhmlərin növü və forması |
Səhm adi, sənədsiz, adlı |
Ticarət üsulu/forması |
Kütləvi/Abunə yazılışı |
Səhmlərin sayı |
500 (ədəd) |
İlkin ticarət qiyməti |
300 manat |
Buraxılış həcmi |
150,000 manat |
Anderrayter |
“Assist Finance İ.Ş.” ASC |
Ticarətə buraxılma tarixi |
20.09.2024 |