14 C
Baku
Saturday, November 23, 2024

“Hermes Finance” ili ₼1.46 mln. xalis mənfəətlə bitirib

Lizinq şirkəti “Hermes Finance” ASC 2022-ci ili də xalis mənfəətlə bitirib.

Banker.az xəbər verir ki, bu barədə şirkətin illik maliyyə hesabatında bildirilir.

Hesabata görə, “Hermes Finance”nin ötən il 5 mln. 177 min manat faiz gəliri və 2 mln. 631 min manat faiz gəliri xərci olub. Bu da illik müqayisədə müvafiq olaraq 18% və 10% artıb.

Şirkətin xalis faiz gəlirləri 2 mln. 545 min manat olub. 2021-ci ildə bu rəqəm 1 mln. 972 min manat idi.

Beləliklə, şirkət bütün gəlir və xərclər fərqindən 1 mln. 457 min manat xalis mənfəət əldə edib. 2021-ci ildə onun xalis mənfəəti 1 mln. 13 min manat olmuşdu.

1 yanvar 2023-cü il tarixinə şirkətin balans kapitalında 764 min manat bölüşdürülməmiş mənfəət olub.

2022-ci ildə lizinq şirkəti “Hermes Finance”ın maliyyə icarələri üzrə portfeli 39% artaraq 25 mln. 398 min manata yüksəlib. Aktivləri 33 mln. 233 min manata yüksəlib. Şirkət ötən il əlavə borclar cəlb etməklə öhdəliklərini 31 mln. 350 min manata yüksəldib. Öhdəliklərin 28 mln. 358 min manatı borc alınmış vəsaitlərdir.

Xatırladaq ki, “Hermes Finance” 2018-ci ildə yaradılıb, şirkətin 750 min manat nizamnamə kapitalı var. Onun səhmdarları Səbinə Sadiq (50%), Rəvan Cəfərov (41.46%) və Nuranə Mehrəliyeva-Rzayevadır (8.54%).

Şirkət daşınmaz əmlak və avtomobil lizinq xidmətini həyata keçirir.

32342423422423h1

Son xəbərlər
Digər xəbərlər