25 C
Baku
Saturday, July 26, 2025

“Hermes Finance”ın mənfəəti azalıb

“Hermes Finance” ASC 2024-cü ili 839.9 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici əvvəlki illə müqayisədə 33% azdır. 2023-cü ildə şirkətin xalis mənfəəti 1 milyon 254.8 min manat təşkil etmişdi.

Banker.az bunu lizinq şirkətinin illik hesabatına istinadən xəbər verir.

İl ərzində faiz gəlirləri 5 milyon 711 min manata düşüb, bu da ötən ilə nisbətən 9% azalma deməkdir. Faiz xərcləri isə 2 milyon 721 min manat olub və 2023-cü illə müqayisədə 19.5% azalıb. Faiz gəlirləri ilə xərclər arasındakı fərq – yəni xalis faiz gəliri – 2 milyon 990 min manatdan 2 milyon 989 min manata qədər çox cüzi azalma göstərib.

2024-cü ilin sonunda aktivlər 25.9 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 15% azalma deməkdir. Aktivlərin azalması əsasən maliyyə icarələri üzrə xalis investisiyaların 24.2 milyon manatdan 19.5 milyon manata düşməsi ilə bağlıdır.

Öhdəliklər də azalma nümayiş etdirib. 2023-cü ildə 29.5 milyon manat olan cəmi öhdəliklər 2024-cü ildə 24.8 milyon manata düşüb. Xüsusilə borc alınmış vəsaitlər 29 milyon manatdan 24.6 milyon manata qədər azalıb.

Şirkətin cəmi kapitalı isə 2024-cü ilin sonunda 1 milyon 117 min manat olub və bu da ötən ilin göstəricisindən 10% yüksəkdir. Səhmdar kapitalı 900 min manata çatdırılıb, əvvəlki il bu rəqəm 750 min manat idi. Böldürülməmiş mənfəət də 71.8 min manatdan 64.5 min manata azalıb.

Son xəbərlər
Digər xəbərlər