14 C
Baku
Saturday, November 23, 2024

“Hermes Finance”nin səhm kapitalı daha 22% artırılıb

Üç şəxsin birgə lizinq biznesi “Hermes Finance” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı bir daha artırılıb.

Banker.az xəbər verir ki, lizinq şirkətinin nizamnamə kapitalı 135,000 manat, və ya 22% artırılıb.

Bununla da kapitalın həcmi 615,000 manatdan 750,000 manata qaldırılıb.

“Hermes Finance” ASC 2018-ci ildə Rəvan Cəfərov tərəfindən təsis edilsə də 1 yanvar 2022-ci il tarixinə səhmdar bölgüsü belədir: Səbinə Sadiq (50%), Rəvan Cəfərov (41.46%) və Nuranə Mihrəliyeva-Rzayeva (8.54%).

Şirkət 2021-ci il üzrə 882 495 manat həcmində xalis mənfəət əldə edib və 18.29 mln. manatlıq maliyyə icarəsi üzrə xalis investisiyası var.

Son xəbərlər
Digər xəbərlər