6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

“Hertz Global” şirkəti iflasa hazırlaşır

Koronavirusun nəqliyyat sektoruna təsiri ən çox hiss olunanlardan biri olub. İlk olaraq daşıyıcılara zərər dəysə də, digər istiqamətlərdə fəaliyyət göstərən müəssisələr də təsirlənib. Belə ki, dünyanın ən böyük avtomobil icarəsi şirkətlərindən biri olan “Hertz Global” iflasa hazırlaşır.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Düzdür, bu işdə pandemiya səbəb deyil, katalizator olub: holdinqin börc öhdəlikləri təxminən 20 milyard dollar təşkil edir və bu məbləğin böyük hissəsi icarəyə verilir. Qeyd edək ki, şirkət ötən il 110 milyon dollardan çox zərər edib. Mart ayında “Hertz” işçilərini kütləvi şəkildə ixtisar etməyə başlamışdır, aprelin 29-da isə icarəyə götürülmüş nəqliyyat vasitələri ilə əlaqədar ödənişləri gecikdirdiyini elan etdi.

Kreditorlar “Hertz” ə mayın 4-dək nə edəcəyini qərarlaşdırmağı təklif etdilər. Şirkətin baş direktoru Kterin Marinello iflasın qarşısını almaq üçün əlindən gələni edəcəyini söyləsə də, bir həftə ərzində vəziyyət tamamilə dəyişib.

İlin əvvəlindən bəri “Hertz” səhmlərinin qiyməti 80% ucuzlaşıb ki, bu da səhmdarları dəhşətə gətirir.

Xatırladaq ki, “Hertz” şirkəti 1918-ci ildə Çikaqoda təsis edilib və daha əvvəl “Rent-a-Car Inc.” kimi tanınıb.

Son xəbərlər
Oxşar xəbərlər