23 C
Baku
Saturday, April 27, 2024

Hesab.az və AccessBank Hesab debet kartını təqdim edirlər

®Golden Pay/Hesab.az və AccessBank ödənişləri daha qazanclı və sərfəli etmək üçün Hesab kobrend debet kartını təqdim edir.

Bu kart AccessBank-ın tərəfdaşı olduğu məkanlarda edilən ödənişlər zamanı 30%-dək kəşbək, Hesab.az platforması üzərindən edilən onlayn ödəmələr zamanı isə ikiqat koinlər qazandırır. Kartda həmçinin SMS bildiriş funksiyası da ödənişsizdir. Tezliklə kartda kredit imkanları da istifadəyə veriləcək.

Hesab debet kartı ödənişsizdir və ünvana çatdırılması da ödənişsiz həyata keçirilir.

Kartı Hesab.az mobil tətbiqindən və ya veb-saytın Hesab kart bölməsindən sifariş etmək olar: https://hesab.az/#/hesab-card-order

Hesab debet kartını həmçinin AccessBank filiallarına yaxınlaşaraq da sifariş etmək mümkündür. Kartı sifariş etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 16-sı bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

*AccessBank QSC xidmətlərini Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2002-ci il tarixli, 245 nömrəli lisenziya əsasında təqdim edir və Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər