18 C
Baku
Sunday, April 28, 2024

Hesabatlıq və MİS şöbəsinin müdiri (Bank Avrasiya)

TƏLƏBLƏR:

  • Ali iqtisadi təhsil
  • Ən azı 2 il uçot və ya hesabat sahəsində bank təcrübəsi
  • MS Office proqramların üzrə biliklər
  • Maliyyə menecmeti sahəsində sertifikatlar
  • Maliyyə və vergi sahəsinə aid qanunvericiliyə dair biliklər
  • Nəzarət edə bilmə qabiliyyəti
  • Strateji düşünmə və analitik təhlil bacarığı
  • Məsuliyyətlilik
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı

İŞÇININ VƏZIFƏSI:

  • Maliyyə menecmenti üzrə qəbul olunmuş siyasətə uyğun olaraq Bankın hesabatlarının hazırlanma metodologiyasını və onlara dəyişikliklər və əlavələrin layihələrini hazırlamaq;
  • Bankdaxili bütün növ hesabat formalarını, onların təqdimetmə müddətlərini və vaxtını müəyyənləşdirmək;
  • Hesabatlar üzrə alqoritmləri hazırlamaq, müvafiq təsdiqdən sonra İT departamentinə sifarişlər vermək;
  • Bankın bütün struktur bölmələrindən statistik məlumatları toplamaq, onları icmallaşdırmaq;
  • Bankın rəhbərliyini və səhmdarları bankın fəaliyyəti ilə bağlı bütün statistik məlumatlarla təmin etmək;
  • Dövlət orqanlarına, yerli və xarici auditorlara təqdim olunan hesabatları hazırlamaq və təqdim etmək;
  • Reytinq agentliklərinə və bankın digər biznes tərəfdaşlarına təqdim olunan hesabatları hazırlamaq və təqdim olunmaq üçün Bankın aidiyyatı strukturuna göndərmək;
  • Bankın menecmentinin müəyyən etdiyi və bankdaxili qaydalarla müəyyən olunmuş kredit biznesi üzrə hesabatlar hazırlamaq;
  • Beynəlxalq və daxili maliyyə və reytinq təşkilatlarına kredit biznesinə aid məlumatları və hesabatları hazırlamaq;
  • Şöbənin funksiyalarına aid olan məsələlər barədə müraciətlərə və məktublara cavab hazırlamaq.

CV – ləri  [email protected] elektron poçtuna göndərə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər