TƏLƏBLƏR:
- Ali iqtisadi təhsil
- Ən azı 2 il uçot və ya hesabat sahəsində bank təcrübəsi
- MS Office proqramların üzrə biliklər
- Maliyyə menecmeti sahəsində sertifikatlar
- Maliyyə və vergi sahəsinə aid qanunvericiliyə dair biliklər
- Nəzarət edə bilmə qabiliyyəti
- Strateji düşünmə və analitik təhlil bacarığı
- Məsuliyyətlilik
- Ünsiyyətqurma və komandada işləmək bacarığı
İŞÇININ VƏZIFƏSI:
- Maliyyə menecmenti üzrə qəbul olunmuş siyasətə uyğun olaraq Bankın hesabatlarının hazırlanma metodologiyasını və onlara dəyişikliklər və əlavələrin layihələrini hazırlamaq;
- Bankdaxili bütün növ hesabat formalarını, onların təqdimetmə müddətlərini və vaxtını müəyyənləşdirmək;
- Hesabatlar üzrə alqoritmləri hazırlamaq, müvafiq təsdiqdən sonra İT departamentinə sifarişlər vermək;
- Bankın bütün struktur bölmələrindən statistik məlumatları toplamaq, onları icmallaşdırmaq;
- Bankın rəhbərliyini və səhmdarları bankın fəaliyyəti ilə bağlı bütün statistik məlumatlarla təmin etmək;
- Dövlət orqanlarına, yerli və xarici auditorlara təqdim olunan hesabatları hazırlamaq və təqdim etmək;
- Reytinq agentliklərinə və bankın digər biznes tərəfdaşlarına təqdim olunan hesabatları hazırlamaq və təqdim olunmaq üçün Bankın aidiyyatı strukturuna göndərmək;
- Bankın menecmentinin müəyyən etdiyi və bankdaxili qaydalarla müəyyən olunmuş kredit biznesi üzrə hesabatlar hazırlamaq;
- Beynəlxalq və daxili maliyyə və reytinq təşkilatlarına kredit biznesinə aid məlumatları və hesabatları hazırlamaq;
- Şöbənin funksiyalarına aid olan məsələlər barədə müraciətlərə və məktublara cavab hazırlamaq.
CV – ləri [email protected] elektron poçtuna göndərə bilərsiniz.