2 C
Baku
Sunday, December 15, 2024

Hesablama Palatası 90 mln. manat “yeyintini” aşkar edib

Hesablama Palatası 2019-cu ildə maliyyə inzibatçılığının güclənməsi çərçivəsində yeni metodlardan istifadə etməyi, maliyyı şəffaflığının artırılması və hesabatlılığın möhkəmlənməsini planlaşdırır. Bu barədə Palatanın sədri Vüqar Gülməmmədov bəyan edib.

“2018-ci ildə “Hesablama Palatası haqqında” yeni qanun qəbul olunub. Buna əsaslanaraq, 2019-cu ildə maliyyə inzibatçılığının güclənməsi, dövlət vəsaitinin səmərəli xərclənməsi və hesabatlılığın möhkəmlənməsi məqsədilə yeni metodların istifadəsini tətbiq etməyə çalışacağıq”, – V.Gülməmmədov bu gün parlamentdə Palatanın 2018-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, 2019-cu il üçün Palatanın fəaliyyət planı qurumun yeni funksiyaları nəzərə alınmaqla hazırlanıb.

“Məqsədimiz Azərbaycanda iqtisadi proseslərdə Palatanın rolunun güclənməsidir”, – o əlavə edib.

V.Gülməmmədov qeyd edib ki, 2018-ci ildə Hesablama Palatası tərəfindən 53 audit yoxlaması və 5 analitik tədbir həyata keçirilib. Ötən il yoxlamalar və analitik tədbirlər 10,2 mlrd. manat ümumi həcmində vəsaiti əhatə edib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədov bütövlükdə Hesablama Palatasının 2018-ci ildə fəaliyyətini müsbət qiymətləndirib.

Onun sözlərinə görə, ötən il Palata tərəfindən həyata keçirilən yoxlamarın nəticəsində 90 mln. manat məbləğində vəsaitin qeyri-məqsədəuyğun xərclənməsi aşkar edilib. 

İnterfax Azərbaycan

Son xəbərlər
Digər xəbərlər