1 C
Baku
Saturday, December 14, 2024

Hesablama Palatası qalıq məbləğinin növbəti ilin büdcəsində ayrıca maddələr olaraq göstərilməsini təklif edib

“Son illərdə qanun layihələrində əvvəlki illərdə istifadə olunmamış vəsaitin bir hissəsinin növbəti ilin gəlir mənbəyi kimi göstərilməsi təcrübəsi müşahidə olunmaqdadır”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

Palata sədri bildirib ki, son nəticədə istifadə edilməmiş vəsaitin məbləğinin əvvəlki illərdə gəlir kimi fondların, son nəticədə icmal büdcənin məbləğində nəzərə alındığını diqqətə alsaq, bu məbləğin növbəti ilin büdcə gəlirlərinə daxil edilməsi təkrar uçota səbəb olur:

“Bu baxımdan Hesablama Palatası qalıq məbləğinin, həmçinin qalıqların gəlirlərlə birlikdə xərclərin maliyyələşmə mənbəyi kimi iştirakının qanun layihələrində ayrıca maddələr olaraq göstərilməsini təklif edib”.

Palata sədri həmçinin, qeyd edib ki, digər bir amil də debitor borclarla bağlıdır:

“Belə ki, debitor borcların məbləğinə bir tərəfdən cari dövr üçün potensialın reallaşdırılmayan hissəsi kimi baxılsa da, gələcək dövrə bu, gəlirin artımına təsir göstərən bir faktordur. Eləcə də, kreditor borc məbləği ilə müqayisədə debitor borcun 2 dəfə çox olması fonunda İSF-nin sığorta gəlirlərinin azalma ilə proqnozlaşdırılması təkmilləşdirilmə zərurətini bir daha göstərir”.

Son xəbərlər
Digər xəbərlər