6 C
Baku
Saturday, December 14, 2024

Hesablama Palatası “Risklərin idarə edilməsi Təlimatı”nı təsdiq edib

Hesablama Palatasının fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və metodoloji bazanın təkmilləşdirilməsi məqsədilə qurumun “Risklərin idarə edilməsi Təlimatı” təsdiq edilib.

Bu barədə Palatadan bildirilib.

Məlumata görə, qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə Kollegiya iclası keçirilib. İclasda sədr Prezident İlham Əliyevin sərəncamlarına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin verilməsinə görə Maksudov Şahin İsbat oğlunu, “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilən Hesablama Palatasının əməkdaşları Abasov Azim Heydər oğlunu, Alıyev Nazim Əyyub oğlunu, Əliyev Rəşad Zəbərxan oğlunu, Məmmədov Elnur Eldar oğlunu təbrik edərək təltifləri təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Palatanın 2023-cü il İş Planına uyğun başa çatdırılmış 3 auditin nəticələrinə baxılıb və müvafiq auditor hesabatları, eləcə də “Risklərin idarə edilməsi Təlimatı” təsdiqlənib, beynəlxalq əməkdaşlıqla bağlı, həmçinin Təlim Mərkəzinin fəaliyyətinə dair yarımillik hesabatlar təqdim edilib, müvafiq müzakirələr aparılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər