14 C
Baku
Saturday, April 27, 2024

Hesablama Palatası üzvlərinin əməkhaqları ilə bağlı qanun son oxunuşda qəbul olundu

Hesablama Palatasının üzvlərinin təminatları dəyişib.

Milli Məclisin bu gün keçirilən iclasında “Hesablama Palatası” haqqında qanuna dəyişiklik edilib.

Layihəyə əsasən, Hesablama Palatasının sədri 3 150 manat, Hesablama Palatasının auditorları 2 625 manat məbləğində aylıq vəzifə maaşı alacaqlar.

Hesablama Palatasının üzvlərinə hər ay vəzifə maaşlarının iki misli həcmində vəzifə maaşına əlavə ödəniləcək.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Hesablama Palatası sədrinin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatası sədrinin müavininin aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavininin aylıq vəzifə maaşına və təminatlarına bərabərdir. Hesablama Palatasının auditorlarının aylıq vəzifə maaşı və digər təminatları Azərbaycan Respublikası Milli Məclisinin komitə sədrlərinin aylıq vəzifə maaşlarına və təminatlarına bərabərdir.

Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində əlavələr də ödənilir.

Qanuna dəyişiklik III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

MənbəModern.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər