Mərkəzi Əməliyyatlar Departamentinin Hesablaşmalar və Ödəniş Sistemləri Şöbəsinin kiçik mütəxəssisi
Tələblər:
• Ali təhsil (Hüquqi, İqtisadi və ya Texniki sahə üzrə);
• Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməsi;
• Microsoft Office proqramları;
• Tələb olunan xarici dillərdə əməliyyatları anlamaq qabiliyyəti, yeni biliklər almağa meyilli olmaq, analitik düşünmə, diqqətli və işə həvəsli olmaq;
İş haqqında məlumat:
Ödəniş və klirinq sistemləri üzrə:
1. AZİPS üzrə ödənişin qeri qaytarma əməliyyatını yığmaq;
2. XÖHKS üzrə ödənişin qeri qaytarma əməliyyatını yığmaq;
Ödəniş sistemləri üzrə:
3. Təcili Pul Köçürmə və HÖKÜMƏT ÖDƏNIŞ PORTALI sistemləri üzrə əməliyyatların hesablaşmalarını aparmaq, həmin sistemlər üzrə gəlirləri filiallara paylaşdırmaq;
Xarici Ödənişlər üzrə:
4. Xarici valyutada olan köçürmələri beynəlxalq standartlara uyğunlaşdırmaq, SWIFT sistemində yığılmasını həyata keçirmək;
Hesablaşmalar üzrə:
5. Loro ve Nostro müxbir hesablar üzrə əmliyyatların (gəlir, xərc və digər müxabirləşmələr) Bankın balansında düzgün əks etdirmək, tarif cədvəlinə əsasən düzgün hesablanmasını və tutulmasını icra edmək;
İdxal/İxrac əməliyytları üzrə:
6. İdxalatla əlaqədar Filiallardan göndərilən sənədlərə və Hökümət Portalının Dövlət Gömrük Komitəsi bölməsinə girilən məlumatlara əsasən Bankdan gedən köçürmə və ödənişlər üzrə Gömrük Bəyannamələri Elektron Hökümət Portalının Dövlət Gömrük Komitəsi bölməsində yoxlamaq, uyğunsuzluqlar olduqda Departamentin məsul şəxsinə bildirmək;
7. İxracatla əlaqədar Müştərilərdən və ya Filiallardan göndərilən məlumat və sənədlərə əsasən Banka daxil olan ödənişlər və Gömrük Bəyannamələr üzrə filiallar tərəfindən girilən bilgiləri Elektron Hökümət Portalının Dövlət Gömrük Komitəsi bölməsində yoxlamaq, uyğunsuzluqlar olduqda Departamentin məsul şəxsinə bildirmək;
Əlavə məlumat:
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər;
•Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Hesablaşmalar və Ödəniş Sistemləri Şöbəsinin kiçik mütəxəssisi” göstərməyiniz xahiş olunur;
• CV-lər 31.08.2018-ci il tarixədək qəbul olunacaqdır.