26 C
Baku
Saturday, July 27, 2024

Heydər Əliyev adına İdman-Konsert Kompleksi MMC-yə çevrilir

Heydər Əliyev adına İdman-Konsert Kompleksi təşkilati-hüquqi formasını dəyişir.

Banker.az xəbər verir ki, Heydər Əliyev adına İdman-Konsert Kompleksi təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini elan edir.

Qeyd edək ki, İdman-Konsert Kompleksinin (İKK) inşasına 1976-cı ildə Bakının Tbilisi prospektində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başlanmışdı. Kompleks 1990-cı ilin noyabr ayında istismara verilmişdir. Azərbaycanda ən böyük qapalı idman mərkəzlərindən biridir.

Xatırladaq ki, Məhdud Məsuliyyətli Cəmiyyət — bir və ya bir neçə şəxs (fiziki şəxs və ya hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət Məhdud Məsuliyyətli Cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları müəssisənin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları əmlakın dəyəri həddində risk daşıyırlar.

Son xəbərlər
Digər xəbərlər