22 C
Baku
Tuesday, April 23, 2024

Heyrətamiz “Xəzər mirvarisi”-nin fotoları yayımlandı

Böyük Zirə adasında yaradılacaq cənnətin ilk fotoları internetdə paylaşılıb.
Nargin adası kimi tanınan Böyük Zirə adasında reallacaq “XazarPearl” (Xəzər Mirvarisi) layihəsinin görüntüləri internetdə yayılıb.Anspress-in məlumatına görə, fotolar layihəni həyata keçirəcək “Maccreative Baku” şirkəti tərəfindən paylaşılıb.Layihədə müasir dövrün bütün tələb və təklifləri nəzərə alınıb. Adaya gələn turistlər burada qədim Azərbaycan ənənələrini görmək imkanını qazanacaqlar. Layihənin əsas üstünlüyü isə odur ki, burada yaşayan sakinlər üçün bütün infrastruktur layihələri icra olunacaq.Bakı arxipelaqının ən böyük adası olan Böyük Zirə-Nargin adasında hazırlanacaq “Azərbaycan Mirvarisi” turizm layihəsinin dünyada analoqu yoxdur. Layihə ölkəmizə gələnləri heyrətə gətirəcək. Bakının sahil xəttindən 10 km məsafədə yerləşən Nargin adasının turizm məqsədi ilə istifadəsi üçün layihə hazırlanır. “Azərbaycan mirvarisi” adlanan bu layihə həyata keçiriləndən sonra ölkəmizə turist axını da artacaq. Bura gələcək turistlər Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olacaqlar. İnşaat işlərində millilik nəzərə alınacaq. İlk olaraq tikiləcək Karvansaray oteli isə milli üslubda olacaq. Layihənin memarı Rasim Babakişiyev deyir ki, adaya gələn turist özünü orta əsrlərdə hiss edəcək.10270540_878267342190548_3910299762583707706_n 10294433_878267335523882_8333643289512724339_n 10336814_878267365523879_3930733211423506602_n 10341670_878267368857212_7195554998831463461_nsn

unnamed (1)(15) unnamed(14)

 

Day.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər