12 C
Baku
Saturday, November 23, 2024

Hibrid avtomobillər Azərbaycan bazarında sürətlə yayılır – 2.5 dəfə artım!

Azərbaycanda 2021-ci ildə xaricdən gətirlən avtomobillərin sayı 91 194 ədəd təşkil edib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu da illik müqayisədə 70% artım deməkdir.

Ötən il ərzində idxal edilmiş avtomobilə görə, ölkədən xaricə 935.23 milyon ABŞ doları həcmində valyuta axıb.

İdxal edilmiş avtomobillərin 85 191 ədədi (780.52 mln. dolları) minik avtomobilləri təşkil etmişdir.

Minik avtomobillərdən isə 12 936 ədədi “hibrid” mühərrikli avtomobillər (76.59 mln. dollar) olmuşdur. Hibrid avtomobillərinin sayı illik müqayisədə 2.5 dəfə artmışdır.

Məlumata görə, elektrik avtomobillərinin sayında isə böyük artım müşahidə edilməmiş, öncəki ilə müqayisədə 7 ədəd az – 160 ədəd (3.46 mln. dollar) idxal edilmişdir.

Qeyd edək ki, Azərbaycanda 1 yanvar 2022-ci ildən istismar ili iki ildən aşağı olan hibrid və elektrik mühərrikli avtomobillər ƏDV-dən azad edilir.

 

 

Son xəbərlər
Digər xəbərlər