-3 C
Baku
Sunday, December 15, 2024

Hikmət Hacıyev bu dəfə Kanadanın “CTV News” kanalına müsahibə verib – Video

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kanadanın “CTV News” kanalına müsahibə verib.

H.Hacıyev bildirib ki, SSRİ-nin dağılmasından bəri Azərbaycan Ermənistanın hərbi təcavüzündən əziyyət çəkir.

O, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etdiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin həyata keçirildiyini xatırladıb.

H.Hacıyev Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi silahlı təxribat barədə də danışıb.

Prezidentin köməkçisi Ermənistanın Tovuz istiqamətindəki mövqelərimizi artilleriyadan atəşə tutduğunu, mülki sakinlərin hədəfə alındığını da bildirib.

H.Hacıyev Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın müxtəlif zamanlarda Azərbaycanın neft-qaz infrastrukturunu vuracaqları barədə hədələrindən də danışıb.

“O cümlədən Bakını “İsgəndər” raketləri ilə hədələyib, Azərbaycanın bir sıra şəhərlərini dağıdacaqlarını bildirib”, – deyə, H.Hacıyev əlavə edib.

Şöbə müdiri Ermənistandakı “Metsamor” atom elektrik stansiyasının region üçün təhlükə yaratdığını da diqqətə çatdırıb.

 

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər