Hindistanın əhalisi 2023-cü ilin ortalarına qədər 1.4286 milyarda çatacaq və Çinin 1.4257 milyard əhalisini keçəcək. Bu barədə BMT-nin Əhali Fondunun çərşənbə günü yaydığı hesabatda deyilir.
Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
Hesabatda 2023-cü ilin ortalarına qədər BMT-nin hesablamalarına əsasən əhalinin dinamikası haqqında məlumatlar təqdim edilib. “Hindistanın əhalisi 1.4286 milyard, Çinin əhalisi isə 1.4257 milyard olaraq göstərilir”, – hesabatda qeyd olunur.
BMT-nin Əhali Fondunun nümayəndəsi Eddi Rayt bu məlumatları şərh edib: “Hindistan əhalisinin Çin əhalisini üstələyəcəyi günü açıqlamaq işə yaramayacaq, çünki dəqiq tarix məlum deyil”.