Hindistanın iri bankları Rusiya ilə dollar və avro əvəzinə rupi ilə ticarət mexanizmindən istifadə etmək istəmir. Agentlik mənbələri bildiriblər ki, Hindistan Ehtiyat Bankı iyul ayında Hindistan rupisi ilə beynəlxalq ticarət hesablaşmaları üçün mexanizm yaratdığını elan etdikdən sonra iki kiçik kreditor bu sistemə keçib. Lakin beynəlxalq maliyyə sisteminin və xüsusən də dolların təsirinə daha çox məruz qalan iri banklar onlara qarşı mümkün sanksiyaların tətbiqindən qorxurlar.
Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
Bundan əvvəl The Economic Times xəbər vermişdi ki, Hindistan Dövlət Bankı rus tərəfdaşları ilə milli valyutada ticarət sövdələşmələrini asanlaşdırmağa razılaşdığı üçün Hindistan Rusiya ilə ticarətə rupi ilə başlayacaq.