6 C
Baku
Sunday, December 15, 2024

Hindistan brendlərinin dəyəri 2 trilyon dollara yaxınlaşıb

Hindistanın ən yaxşı 100 markasının ümumi dəyəri keçən il artaraq 2 trilyon ABŞ dollarına yaxınlaşıb.

Bu barədə “Brand Finance” konsaltinq şirkətinin araşdırmasında bildirilir.

Qeyd olunub ki, “Tata Group” konqlomeratı ölkənin ən bahalı brendi olaraq qalır – onun dəyəri il ərzində 10.3% artaraq 26.4 milyard ABŞ dolları təşkil edib. “Tata Group” ən bahalı brendlərin qlobal siyahısında yeddinci yeri tutur.

Vurğulanıb ki, son iki il ərzində “Tata Group” rəqəmsallaşma və yeni texnologiyaların tətbiqi ilə əhəmiyyətli strateji transformasiyaya məruz qalıb

İkinci yerdə proqram təminatı istehsalçısı “Infosys” qərarlaşıb. Brendin dəyəri 13.01 milyard ABŞ dollardır.

Üçüncü sırada “Life Insurance Corporation” (9.76 milyard dollar) sığorta şirkətidir. Daha sonra “Airtel” telekommunikasiya operatoru (7.53 milyard ABŞ dolları) və “Reliance Industries” konqlomeratıdır (7.36 milyard ABŞ dolları).

MənbəReport
Son xəbərlər
Digər xəbərlər