2 C
Baku
Saturday, December 14, 2024

Hindistan hökuməti ölkədə kriptovalyutanı qadağan edəcək

Hindistan hökuməti ölkədə kriptovalyutanın, o cümlədən onun tranzaksiya mexanizmi kimi istifadəsinin qadağan edilməsi haqqında qanun layihəsi üzərində işləyir.

Banker.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.

Mənbələrə görə, “qanun layihəsi kriptovalyuta ilə həyata keçirilən bir sıra hərəkətlərə görə (saxlamaq, sərbəst buraxmaq, əldə etmək, satmaq və s.) cinayət məsuliyyətini nəzərdə tutur. Sənəd təsdiq edildiyi təqdirdə, Hindistan kriptovalyuta dövriyyəsini qanunsuz edən ilk böyük iqtisadiyyat olacaq.

Qanun layihəsi kriptovalyuta sahiblərinə aktivlərini ləğv etmək üçün altı aya qədər vaxt verəcək, ondan sonra isə cərimə cəzasını tətbiq etməyə başlayacaq.

“Hindustan Times”a görə, rəqəmsal valyutanın qadağan edilməsinə dair qanun layihəsi hakim “Bharatiya janata parti” fraksiyası tərəfindən çox güman ki, təsdiq alacaq.

Son xəbərlər
Digər xəbərlər