6 C
Baku
Saturday, December 14, 2024

Hindistan “iPhone” telefonlarının əsas istehsalçısına çevrilə bilərmi?

“Apple” kompaniyası COVID-19 epidemiyası və artan geosiyasi gərginlik fonunda mühüm təchizat zəncirlərini təmin etmək üçün nəzərlərini Çindən kənara yönəldir. Bu kontekstdə Hindistan dünyanın ikinci ən böyük iqtisadiyyatına cəlbedici potensial alternativ olaraq ortaya çıxıb. Pekinin böyük regional rəqibi yaranmış fürsətdən istifadə etməkdə heç də uduzmur. Hindistanın ən yüksək səviyyəli nazirlərindən biri keçən ay Kaliforniyada yerləşən şirkətin Cənubi Asiya ölkəsindəki istehsalını ümumi istehsalın dörddəbirinə çatdırmaq istədiyini söyləyib.

Hindistanın ticarət və sənaye naziri Piyuş Goyal bildirib ki, “Apple” artıq məhsullarının 5-7 faizini onun ölkəsində istehsal edir. “Səhv etmirəmsə, kompaniya Hindistanda istehsalı 25 faizə çatdırmaq niyyətindədir”, – deyə o məlumat verib.

“Apple” kompaniyasının təchizatçılarından biri olan “Foxconn” Çində ciddi tədarük problemindən sonra Hindistandakı əməliyyatlarını genişləndirmək istəyir. ABŞ-ın elektronika nəhəngi illərdir ki, “iPhone”, “iPad” və digər məşhur məhsulların kütləvi istehsalı üçün Çindəki geniş istehsal şəbəkəsinə arxalanırdı. Lakin onun bu asılılığı keçən ilin dekabrında Pekinin sərt “Sıfır COVID” strategiyası ilə daha da azalıb. Əvəzində, “Apple” ötən ilin ortalarından etibarən Hindistana investisiya istiqamətində səylərini ikiqat artırıb. Lakin Asiyanın üçüncü ən böyük iqtisadiyyatı birdən-birə Çini tam əvəz edə bilməyəcək. “Counterpoint” bazar iqtisadiyyatı araşdırması firmasının tədqiqat direktoru Tarun Pathak bildirib ki, nəzəri cəhətdən bunu etmək olar, lakin bu, bir gecədə baş verməyəcək”.

“Apple” kompaniyasının Çindən asılılığı bu ölkənin bütün elektronika istehsalı sisteminə 20 ilə yaxın qoyulan sərmayələrin nəticəsidir. Kompaniyanın mobil telefonlarının təxminən 95 faizi Çində istehsal olunur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər