Hindistan Ehtiyat Bankı (RBI) 2020-ci ilin may ayından bəri ilk dəfə uçot faiz dərəcəsini aşağı salıb.
Tənzimləyicinin bəyanatında deyilir ki, repo əməliyyatları üzrə faiz dərəcəsi 25 baza bəndi azalaraq illik 6.25%-ə çatdırılıb.
Qərar bazar gözləntiləri ilə üst-üstə düşüb. Bundan əvvəl məzənnə ardıcıl 11 dəfə, yəni 2023-cü ilin yanvarından bəri dəyişməz qalıb.
Tənzimləyici Hindistan iqtisadiyyatının mart ayında başlayan 2025-2026 maliyyə ilində 6.7% artacağını və bu dövrdə inflyasiyanın 4.2% olacağını gözləyir.